Şriftin ölçüsü / 89 dəfə oxunub

Cəbhədə gərginlik davam edir - Müdafiə Nazirliyi

17 Fevral 2019 [10:00]
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub