Moskvanın Azərbaycan icması çeçenlərin azərbaycanlılara hücumu haqda bəyanat yaydı: "Təxribatdır"

img

16-02-2019 [16:17]


"Moskvanın Azərbaycan icması” Regional İctimai Təşkilatı Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlılarla çeçen icmasının nümayəndələri arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Mia.az-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, təşkilat üzvləri hesab edir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır:

"Təşkilat azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırıb".

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən 70-100 nəfər iştirak insident zamanı ölən və xəsarət alanlar olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR