Şriftin ölçüsü / 592 dəfə oxunub

Baş nazir gömrükçülərlə bağlı qərar verdi - Vəzifəli şəxslərə güzəşt

16 Fevral 2019 [10:02]

Nazirlər Kabineti 2006-cı il 9 yanvar tarixli qərarla təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na dəyişikliklər edib.

Mia.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin (Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir – red) on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənib və on ikinci "gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.” abzası əlavə olunub.




SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub