Özünü 17-ci mərtəbədən atmaq istədi - FHN fikrindən daşındırdı

img

14-02-2019 [20:24]


Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Mia.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR