Şriftin ölçüsü / 318 dəfə oxunub

Vüsalə Mahirqızı keçmiş komandasını topladı - APA-nın kollektivi yenidən fəaliyyətə başlıayır

14 Fevral 2019 [19:03]
Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.

Musavat.com bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Qeyd edəık ki, bu barədə ilk məlumatı dünən Mia.az saytının əməkdaşı yayıb.

Mia.az-ın məlumatına görə, yeni agentlik kiçik istisnalarla APA-nın keçmiş əməkdaşlarından formalaşdırılıb, onların çoxu ilə müqavilə bağlanılıb.

Bunadən əlavə, ilkin olaraq ONA və "Lent", daha sonra isə Vesti.az da bərpa ediləcək

Adıçəkilən saytlar martın 1-dən yayıma çıxacaqlar.

Xatırladaq ki, "APA holinq" prezidentin çıxışını təhrif etdiyi üçün 2018-ci il avqustun 1-də rəhbərlik tərəfindən qapadılmışdı.

Mia.az


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub