Kimlərin pensiyası neçə manat artacaq? - Nazir detalları açıqladı (VİDEO)

img

14-02-2019 [14:29]


"Azərbaycanda əmək pensiyalarının minumum məbləği 116 manatdan 160 manata çatacaq".

Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bununla bağlı prezidentin təşəbbüsü ilə qanun layihəsi Milli Məclisə daxil olub:

"Ötən gümn parlamentin müvafiq komitəsinə qanun layihəsinə dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə olundu. Fevralın 19-da məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Burada 40 faiz artım olacaq. Artıq indekasasiya ilə bağlı hazırlıq işləri yekunlaşdırılıb. Beləliklə, 233 min pensiyaçının aylıq pensiyası artacaq. Eyni zamanda 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR