"Xəbər məni son dərəcə kədərləndirdi" - İlham Əliyev Ərdoğana məktub göndərdi

img

12-02-2019 [19:30]


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Mia.az həmin məktubu təıqdim edir:

Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Digər xəbərlər
SON XƏBƏRLƏR