warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 91 dəfə oxunub

"Elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib, lakin..." - Deputatdan sərt açıqlamalar

12 Fevral 2019 [13:35]
"Bələdiyyə kifayət qədər təkmilləşmiş strukturdur. Onlar özlərinin təminatı ilə bağlı lazımi addımlar atmalıdırlar. "Bələdiyyə” deyən kimi ilk olaraq ağla gəlir ki, torpağı necə həll etsin, kimə və hansı formada versin”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, bələdiyyələrin kitabxanaları, klubları, məktəbləri, bağçaları, iaşə obyektləri yoxdur: "Hansi birini göstərmək olar? Heç birində yoxdur. Elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib. Həmin vəsaitlə elektron kitabxana yarada, kompüter mərkəzi aça bilərdi ki, müəyyən qədər gəlir gəlsin. Yəni maliyyə kiçik olsa da, daimi bir şey olsun. Hamısı düşünür ki, bəzi məsələləri həll etsin, növbəti dəfə bəlkə seçilmədi, həmin sədrə nəsə qalmasın. Milli Məclis bələdiyyələrə kifayət qədər səlahiyyət verib. Başa düşürəm ki, müəyyən strukturlar onlara maneə yaradırlar. Bələdiyyələr yaxşı iş qura bilsə, onlara mane olmazlar, əksinə, dəstək verərlər. Qəbiristanlıqların idarə edilməsi səlahiyyəti bələdiyyələrə verilib. Orada elə bir şərait yaratmaq olar ki, insanlar öz xoşları ilə o prosedurları bələdiyyələrə həvalə edərlər. Amma bununla bağlı hər hansı iş görülmür”.

Report


SON XƏBƏRLƏR