Şriftin ölçüsü / 398 dəfə oxunub

Deputat Zahid Oruca yeni vəzifə verildi, səlahiyyətləri genişləndirildi - Prezidentdən sərəncam

11 Fevral 2019 [19:01]
Prezident İlham Əliyev yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsaəsn, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

****

Prezident İlham Əliyev "Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən  "Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanının 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

"2. Müəyyən edilsin ki:

2.1. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir;

2.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.”.



SON XƏBƏRLƏR
09:06 19.02.2019
Bakıya qar yağır