ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 301 dəfə oxunub

Prezident Milli Məclisə yeni qanun layihəsi göndərdi

08 Fevral 2019 [12:19]

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Əmanətlərin tam sığortalanması haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə daxil olub.

Bu barədə Modern.az-aaçıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Deputat bildirib ki, sənədə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

"Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Ancaq bu müddət yenidən 1 il müddətinə uzadılacaq”.

Vahid Əhmədov qeyd edib ki, sənəd gələn həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif etmişdi.

"Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar”, - deyə deputat bildirmişdi.




SON XƏBƏRLƏR