Şantajda ittiham olunan Mahmud Tağıyevin işi məhkəmədə

img

08-02-2019 [12:01]


Azərbaycanda şantajla pul tələb etməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib.

Mia.az open.az-a istinadən xəbər verir ki, "Qafqaz" Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində "ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və "Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Agentlik rəhbəri barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi üzrə toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun icraatına verilib.

"Qafqazinfo” xəbər verir ki, M.Tağıyevlə bağlı məsələ ictimailəşməsə də, o, hələ ötən ilin ortalarıda həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib. Onunla bağlı aparılan istintaq zamanı xeyli məqamlar üzə çıxıb. Buna görə də işin istintaqı aylarla vaxt aparıb. Nəhayət, bu günlərdə yekunlaşan istintaqdan sonra cinayət işi baxılması üçün məhkəməyə verilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR