Azərbaycan Çempionatında 11 yaşlı lider (YENİLƏNİR)

img

07-02-2019 [23:15]


Bu gün qadınlar arasında Azərbaycan Çempionatının 2-ci turun oyunları keçirildi. 


Chess.az xəbər verir ki ,bu gün Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən ölkə birinciliyinin 2-ci turuna yekun vurulub. İlk turda olduğu kimi , bu dəfə də turun sensasiyası 11 yaşlı Səmra Qasımovanın oyununda qeydə alındı. Çempionatın startında qrossmeyster Xəyalə Abdullaya qalib gələn Səmra ,növbəti oyunda daha bir qrossmeyster olan Aydan Höcətova üzərində qələbə qazanıb. 2 turdan sonra 100%-lik nəticə ilə turnirdə cədvəlinə başçılıq edən 11 yaşlı Səmra, sabah təcrübəli qrossmeyster Zeynəb Məmmədyarova ilə qarşılaşacaq. Qeyd edək ki ,ölkə birinciliyi 9 turdan ibarət olacaq və fevralı 12-də başa çatacaq. 3-cü turun oyunları fevralın 6-sı Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR