“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

img

06-02-2019 [23:01]


Nar” paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqda davam edir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib. Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada, "Nar” sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir.

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7-8-9 fevral tarixlərində müştərilərə "Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək.

"Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR