NATO-nun növbəti sammiti Londonda keçiriləcək

img

06-02-2019 [15:19]


 NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.

Bu barədə təşkilatın mətbuat xidməti bildirib.

"NATO-nun dövlət və hökumət başçılarının növbəti görüşünü 2019-cu ilin dekabr ayında Londonda keçirmək barədə alyans ölkələri arasında razılıq əldə edildiyini bildirməyə şadam”, – Baş katib Yens Stoltenberq deyib.

Təşkilatın başçısı həmçinin qarşıdakı görüşün NATO ölkələrinin "qarşılaşdığı və qarşılaçacağı təhdidləri, NATO-nun bundan sonra da bir milyarddan çox əhalisinin təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün” imkan yaradacağını söyləyib.

Qeyd edək ki, əvvəlki zirvə görüşü ötən ilin iyul ayında Brüseldə keçirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR