Qətər Ermənistan səfirliyinin xərclərini üzərinə götürüb

img

06-02-2019 [15:34]


Qətər dövləti Ermənistanın Dohada fəaliyyətə başlayacaq səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı üzərinə götürüb.  

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistanın Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək.

Qeyd edək ki, Ermənistanın xarici ölkələrdəki səfirliklərində ixtisar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR