Razim Məmmədovun əmisi oğluna iş istəniləcək

img

05-02-2019 [17:24]


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi keçirilib.

Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib. Növbəti iclasda o, çıxışında X.Məmmədova cəza istəyəcək.

Proses fevralın 14-də davam etdiriləcək.

İttihama görə, X.Məmmədov zərərçəkmiş Elsevər Rufullayevdən Xətai rayonu ərazisində obyekt tikməyə icazə vermək üçün 40 min manat alıb. Tikinti qanunsuz olduğu üçün daha sonra Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən dayandırılıb.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR