“Aztelekom”un sabiq baş direktoru bacısı oğlunu tutdurub

img

04-02-2019 [12:56]


"Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayəti əsasında bacısı oğlu həbs olunub.

Unikal.org-a daxil olan məlumata görə, M.Məmmədovun bacısı oğlu, İB-də köməkçisi işləmiş Qulunu həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaması olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra Quludan (bacısı oğlunun adına olub) Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri qaytarılmasını tələb edib. Dayısının tələbinə məhəl qoymayan Qulu mülkləri geri qaytarmayıb.

M.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Qulu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısına mülkləri qaytarıb.

Qeyd edək ki, "Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə 2015-ci ilin noyabr ayında həbs edilib. 2018-ci ildə şərti cəza ilə həbsdən azad olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR