İranda terror aktı törədilib, ölən və yaralananlar var

img

02-02-2019 [11:45]


İranın cənub-şərqində terror aktı törədilib. 

"Report” İran KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb. 

Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.

Hücumun məsuliyyətini "Ceyş-ül Ədl” ("Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR