Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi

img

01-02-2019 [12:23]


Bu gün Milli Məclisin növbəti-2019-cu il yaz sessiyası öz işinə başlayıb.

Spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib: 

"Belə ki, Qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

O bildirib ki, bir çox qanun layihələri , o cümlədən, baş bazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk başlanğıcında deputatlara iradını bildirib: 

"Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR