Alışanova sui-qəsddə təqsirləndirilənə güzəşt

img

31-01-2019 [18:02]


Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədriArif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilənŞücayət Əkbərovvə digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Mia.az saytı "Report"a istinadən xəbər verir ki, şikayətəƏdliyyə NazirliyiPenitensiar xidmətinin Müalicə Müsəssisəsində Sumqayıt Apellyasiya MəhkəməsininhakimiVidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Apellyasiya şikayətinə məhkəmədə deyil,Penitensiar xidmətin Müalicə Müsəssisəsində baxılmasına səbəb təqsirləndirilən şəxslərin məhkəməyə gəlməkdən imtina etmələri olub.

Prosesdə təqsirləndirilən Ş.Əkbərovun vəkilləri -Bəxtiyar HacıyevvəBabək Həmidovmüdafiə çıxışı ediblər.Onlar hüquqlarını müdafiə etdikləri şəxsin günahsız olduğunu, barəsində bərəat hökmünün çıxarılmasını istəyib.

Daha sonra qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib. Ş.Əkbərovun18 ilmüddətinə azadlıqdan məhrumetmə cəzası16 ilə,Zöhrab Şirinovun16 ilmüddətinə azadlıqdan məhrumetmə cəzası isə14 il 6 ayaendirilib.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun4 milyon 641 min 696 manatlıqəmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğuQoçəli Cəbiyev,Zöhrab ŞirinovvəAqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsininhökmüilə Ş.Əkbərov 18 il, Q.Cəbiyev 17 il, Z.Şirinov 16 və A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bu il yanvarın 15-də Prezidentİlham Əliyevinsərəncamilə A.Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR