30-01-2019 [23:01]
"Üzeyir Hacıbəylinin "Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın "Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq alınacaq”.
Mia.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, musiqisi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin sözləri Əhməd Cavada məxsus "Çırpınırdı Qara dəniz” mahnısı Rusiyalı müğənni Avraam Russo tərəfindən başqa adla erməni mahnısı kimi ifa olunub və həmin mahnı Ermənistanda "2018-ci ilin mahnısı” adını alıb: "Avraam Russonun ifa etdiyi bu plagiat mahnı "Youtube” internet portalında sözləri erməni aşığı Sayat Novaya məxsus "Kamança” mahnısı kimi təqdim olunur. Hələ 2014-cü ildə Türkiyənin Sabah” qəzetində "Çırpınırdı Qara dəniz” mahnısının guya əsərlərinin böyük əksəriyyəti Azərbaycan dilində olan erməni şairi Sayat Novaya aid olması ilə bağlı məlumat yayılmışdı. Müəllif Hüquqları Agentliyi tərəfindən dərhal mahnının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə Əhməd Cavada məxsus olmasını sübut edən hüquqi və arxiv materialları əsasında hazırlanmış arayış təsdiqedici materialların surətləri ilə birlikdə 2014-cü il mayın 7-də faksla, sonra isə əlavə materiallarla birlikdə rəsmi məktubla Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilmişdi. Bununla yanası, Agentliyin saytında da məsələyə dair şərh yerləşdirilmiş və KİV-lərdə yayılmışdı”.
Agentlikdən bildirilir ki, "Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb: "Üzeyir Hacıbəyli 1918-ci ildə bu şeirə musiqi bəstələyib və mahnı bir çox tədbirlərdə ifa edilib. Türkiyәdә çox mәşһur olan bu maһnı müəlliflərin pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə 1920-ci ildәn sonra uzun müddət Azәrbaycanda sәslәndirilmәyib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu maһnı ictimaiyyәt qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Әһmәd Cavadın anadan olmasının 100 illik yubiley gecәsindә sәslәndirilib.
Bununla yanaşı, bir çox nəşriyyatlarda, o cümlədən "Azərbaycan” nəşriyyatının nəşrlərində, "Musiqi dünyası” jurnalı, həmçinin elektron ensiklopediyalarda bu mahnının musiqisinin məhz Ü.Hacıbəyliyə məxsus olduğu göstərilib”.
Əqli Mülkiyyət Agentliyinin musiqi eksperti, xalq artisti professor Faiq Sücəddinovun məsələyə dair rəyinə əsasən, Avraam Russonun ifa etdiyi "Kamança” mahnısı "...Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi "Çırpınırdı, Qara dəniz” mahnısı ilə tamamilə üst-üstə düşür: "Erməni plagiatının növbəti qurbanı olan bu mahnı muğamın şur (keçidində) təsnifində yazılıb. Təsadüfü deyil ki, Səid Rüstəmovun "Gəlmədin” mahnısı, Emin Sabitoğlunun "Dağlar” mahnısı da şur təsnifində yazılmış və Üzeyir bəyin musiqisindən bəhrələnib. Beləliklə, sözügedən mahnı muğamın şur təsnifində yazılan məşhur Azərbaycan mahnısı "Çırpınırdı, Qara dəniz” ilə tam üst-üstə düşür".
Agentliyin məlumatında bildirilir ki, əsərin müəllifinin adının göstərilməməsi, əvəzində ifaçının adının ön plana çəkilməsi erməni plagiatının işlənmiş alətidir:
"Sayat Novanın müəllifliyinə gəldikdə, onun şeir-mahnılarının, nəğmələrinin 70%-ə qədəri Türk-Azərbaycan dilində yaradılıb və yayılıb. Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan bunları etiraf edərək yazıb ki, "... ermənilər ancaq türkcə oxuyurlar”, "ermənilərin mahnı ilə dastanları yoxdur”. Tanınmış erməni ədəbiyyatşünası S.Palasanyan isə əlavə edib ki, "...biz (ermənilər) hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik” (S. Palasanyan "Erməni nəğmələri”, S.Peterburq, 1868, erməni dilində). Erməni mənimsəmələrini təsdiqləyən digər erməni sənətşünas M.Nalbandyan isə xüsusi qeyd edib ki, "...əksər musiqi və nəğmələr türklərdən götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitməmişəm...” (N.Nalbandyan, "Qədim şeirlər və nəğmələr haqqında”, Seçilmiş əsərləri külliyyatı, c. 1).
Sayat Novanın yaradıcılığı ilə bağlı aparılmış araşdırma da göstərir ki, onun əsərlərinin siyahısında "Çırpınırdı Qara dəniz” adlı şeir yoxdur.
Bundan başqa, 1982-ci ildə "Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş "Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın "Kamança” şeiri Valeriy Bryusov tərəfindən rus dilinə tərcümə olunub.
Kamança ilə bağlı qeyd etmək lazımdır ki ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf etmişlər. Trdat Balean, dini xadim, folklor toplayan və naşir: "Aşıq alətlərinin adları türkcədir- saz, santur, kaman, yaxud kamança, bağlama” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).
Trdat Balean: "Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-səmai, naxişkar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).
Tbilisidə erməni dilində nəşr edilən "Mşaq” qəzeti 1916-cı ilin 3 sentyabr tarixli nömrəsində yazırdı ki, "...onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub” (K. İmanov. "İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə müsahibəsindən. 15 noyabr 2011-ci il).
Azərbaycan mədəniyyəti və onun inciləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bütün dünyada tanınır. Вeynəlxalq səviyyədə də "kamança” musiqi alətinin Azərbaycan xalqına məxsus olduğu qəbul edilib. 2017-ci ildə sonlarında Cənubi Koreyada keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın və İranın birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bundan başqa kamança haqqında Agentlik tərəfindən onlarca elmi məqalə və araşdırmalar dərc olunub, xarici dillərə tərcümə edilib və aidiyyəti üzrə göndərilib. Beləliklə, kamança Şərq və Orta Asiya xalqları arasında müxtəlif adlarla geniş yayılan qədim musiqi alətlərindən sayılır və onun bir neçə növü olub. Kamança yaylı qopuzun törəməsidir (M. Kərimov. "Azərbaycan musiqi alətləri” kitabının ikinci nəşri. 2010. Səh.136). Ortaq türkcədə «kiçik kaman» mənasını verir. Adının əski türkcə "qam” və "an”/”un” sözlərindən (uca, müqəddəs səs) yarandıgı, qam-maqların Tenqri (Tanrı) ilə ünsiyyət məqsədi ilə səsləndirildiyi barədə fikirlər də öz təsdiqini tapıb”.
Əqli Mülkiyyət Agentliyi daha sonra bildirir ki, "Çırpanırdı Qara dəniz” mahnısının müəlliflərinin müəlliflik hüquqlarının qorunma müddəti bitdiyi üçün, həmin mahnı və şeir ictimai varidat dairəsindən sayılır və mahnının böyük əhəmiyyət daşıdığını nəzərə alaraq o, ictimai varidatdan dövlət varidatına keçirilib və hazırda dövlət tərəfindən qorunur: "Bununla yanaşı, qeyd etmək lazımdır ki, müəlliflərin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir. "Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin dəyişdirilməsi orijinal əsər müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarının pozulmasıdır və qanun pozuntusu hesab olunur.
Odur ki, sözügedən əsərin hər hansı formada dəyişdirilməsi, mənimsənilməsi, özgəsinin adına çıxarılması müəllif-hüquq pozuntusu olaraq plagiata çevrilir. Buna görə də Ü.Hacıbəylinin "Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın "Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq tərəfimizdən hər zaman alınacaq”.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib