Biləsuvarda evdən və həyətlərdən oğurluq edən yeniyetmələr saxlanılıb

img

29-01-2019 [10:20]


Biləsuvarda evdən və həyətlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumçata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini Q. Qasımov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən gecə saatlarında 3700 manat pulun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən ikisi Biləsuvar, biri isə Masallı sakini olmaqla 3 yeniyetmə saxlanılıb və oğurlanan pulun bir qismi onlardan maddi sübut kimi götürülüb. 

Aparılan araşdırmalarla saxlanılan şəxslərin digər analoji əməllərinin də üstü açılıb. Belə ki, onların Biləsuvar rayonunun ayrı-ayrı vaxtlada Bəydili kəndindəki 2 həyətdən ümumilikdə 11 ədəd hind quşunu oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR