Tərtər rayonunda qanunsuz ov edən iki dost tutulub

img

26-01-2019 [17:43]


Tərtər rayonunda qanunsuz ov edən iki dost tutulub.

Mia.az xəbər verir ki, yanvarın 26-da daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.

Belə ki, Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngləri, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb.

Z. Abbasov və H. Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR