Suares “Barselona”nın təklifini rədd etdi

img

25-01-2019 [16:41]


"Barselona”nın yarımmüdafiəçisi Denis Suares klubun yeni müqavilə təklifini qəbul etməyib.

Qol.az-ın "Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu ispaniyalı futbolçunun sözləşməsini daha 3 il uzatmaq istəsə də, o, "Arsenal”a keçməkdə israrlıdır. Ancaq klub 25 yaşlı futbolçuya London təmsilçisinə keçmək üçün yeni müqavilə imzalamasının əsas şərt olduğunu bildirib. "Barselona" futbolçusunun yalnız icarə əsasında "Arsenal"a keçməsinə razıdır.

Qeyd edək ki, D.Suares bu mövsüm cəmi 8 matçda iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR