Səyavuş Aslanın oğlu sığınacağa yerləşdirildi

25-01-2019 [10:05]

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlunun qalmağa evi yoxdur.

Bu barədə məşhur aktyorun övladı Çingiz "Bizimləsən” proqramında qonaq olarkən deyib.

O, hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev isə hostel sakinlərinin Çingizdən şikayətçi olduğunu, onunla bir yerdə qalmaq istəmədiklərini bildirib.

Proqramda məlumat verilib ki, Çingiz Aslan qaraciyər serrozundan əziyyət çəkir və ötən gün müvəqqəti olaraq sığınacağa yerləşdirilib.





SON XƏBƏRLƏR