Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu - Əməliyyat olundu + FOTO

23-01-2019 [20:49]

Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu.

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. O, təcili tibbi yardım avtomobili ilə paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Meyxanaçı birmüddət əvvəl belində yırtıq yarandığından həkimə müraciət edib və müalicə kursu keçib.

Müayinə zamanı məlum olub ki, müalicə səhv aparıldığından İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib və çanaq sümüyündə pozuntu əmələ gəlib.Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov neyrocərrah ƏliosmanQədimbəyli tərəfindən əməliyyat olunub.

Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir/unikal.org



SON XƏBƏRLƏR