Xalq artistinin səhhəti ARB-nin efirində pisləşib - Xəstəxanaya yerləşdirildi

23-01-2019 [15:00]
Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Rəhilə Bəndəliyeva məlumat verib. 

O, ARB-nin efirində qonaq olarkən 84 yaşlı sənətçinin ürəyində problem yarandığını qeyd edib:

"Evə bir neçə dəfə təcili tibbi yardım çağırıblar. Həkimlər onun səhhəti barədə bu gün dəqiq cavab verəcəklər. O, nəfəs almaqda çətinlik çəkir”.


SON XƏBƏRLƏR