23-01-2019 [10:16]
Ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Magistr” jurnalının bu il üçün ilk nömrəsinə yazdığı "Ön söz”də bildirib.
Şura sədri deyib ki, hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər: "DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodik təhlili aparılmış, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilmiş, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülmüş, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanmışdır. Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanmış "Məntiq testləri” və "İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər".
M.Abbaszadə bildirib ki, DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır: "Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür".
Qeyd edək ki, magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək. Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır ki, DİM-in internet saytında (http://dim.gov.az/news/2691/) yerləşdirilmişdir.
Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcəkdir.
"Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaqdır.
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək