Rusiyada təyyarənin ələ keçirilməsi sərnişin tərəfindən xuliqanlıq halı olub

img

22-01-2019 [16:18]


 "Aeroflot"un SU1515 Surqut-Moskva reysi sərnişinlərdən birinin xuliqanlıq hərəkətləri nəticəsində kursunu dəyişib və çərşənbə axşamı Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR