Şriftin ölçüsü / 136 dəfə oxunub

Kerç boğazında iki gəmidə yanğın oldu - Ölənlər var + VİDEO

22 Yanvar 2019 [12:13]

Kerç boğazında Tanzaniya bayrağı altına üzən "Kandi" və "Maestro" gəmilərinin toqquşması nəticəsində yanğın baş verib.

Hadisə vaxtı gəmilərdə olan ekipaj üzvlərindən 11 nəfər həyatını itirib.

Mia.az Teleqraf.com-a istinadən bildirir ki, gəmilərin birində 17, digərində 14 nəfər olub.

Ekipaj heyətinin 16 nəfəri Türkiyə, qalanları Hindistan vətəndaşlarıdır. Yanğından sonra sağ qalmağa çalışan bəzi ekipaj üzvləri özlərini suya atıblar.

Maye qaz daşıyan tankerlərdə yanğının baş verməsinə ilkin məlumata görə, gəmilərdən birindən digərinə yanacaq ötürülməsi səbəb olub.

Dənizə tullanmaq məcburiyyətində qalanlardan 14 nəfərinin həyatını xilas etmək mümkün olsa da, 5 dənizçinin yeri indiyədək təsbit edilməyib.

Araşdırmalar davam edir.

Hadisənin video-görüntüsünü təqdim edirik:



SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub