Cəbrayıl və 20 Yanvar həqiqətləri - Keçmiş döyüşçü yazır

img

18-01-2021 [09:12]


20 yanvar faciəsindən 29 il ötür. Bu faciənin baş verdiyi ərəfədə Qarabağda baş verən hadisələr də olduqca önəmlidir. Qarabağ döyüşçüsü,xalq hərəkatının fəallarından olan Vaqif Əlisoy Cəbrayılda və ölkədə baş verənlərlə bağlı maraqlı xatirələrini bölüşüb.
 
DOSYE: Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda anadan olub. 1976-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü şəkildə yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsirlərin və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsirliyindən və girovluğundan azad olunub.

NƏYƏ GÖRƏ 10-19 YANVARDA CƏBRAYILDA QIRGIN BAS VERMƏDİ?

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda komendant saatının elan edilməsindən sonra əhali arasında çaşqınlıq hökm sürürdü. Cəbrayıl rayonu həm İran, həm də Dağlıq Qarabağın Hadrut rayonunun 14 kəndi ilə həmsərhəd idi. Bu erməni kəndləri həm Ermənistanda, həm də Hadrutda yerləşən sərhəd qoşunlarının komandanlığından maddi və mənəvi dəstək alırdı. Demək olar ki, hər gün Ermənistandan vertolyotlar vasitəsilə silah və yaraqlılar daşınırdı. Cəbrayıl əhalisinin əlindəki ov tüfəngləri, məktəblərdəki təlim silahları yığışdırılmış, təpədən dırnağa qədər silahlanmış erməni-rus hərbçiləri qarşısında əliyalın qalmışdı. Həmin dövrdə sərhədlərimizi qeyrətli cəbrayıllılar, əsasən də Xalq Cəbhəsinin üzvləri qoruyurdu.
Yanvarın 14-də axşam saat 19 radələrində vertolyotlarla Cəbrayıl aeroportuna ruslardan ibarət 100 nəfərlik desant qüvvəsi atıldı. Dərhal camaatın iştirakı ilə həmin qüvvələr elə aeroportdaca mühasirəyə alındı. Desantçıların komandiri polkovnik Tixonov minlərlə əliyalın adamın gözlərindəki qəzəb və nifrətdən qorxaraq bizimlə danışıq aparmağa məcbur oldu. Cəbrayıl rayon Pois İdarəsinin vaxtkı rəisi Rəşid Məmmədov (Allah rəhmət eləsin – V.Ə), rayon ağsaqqallarından Hüsü və Zəkəriyyə kişi və mən də daxil olmaqla Xalq cəbhəsinin üzvləri danışıqlarda iştirak etdik. Onları inandırdıq ki, rayon ərazisində bir nəfər də olsun yaraqlı yoxdur, əksinə, bizim kəndlər müntəzəm olaraq erməni kəndlərindən atəşə tutulur, hücumlar təşkil edilir, evlərimiz yandırılır, mal-qara və insan oğurlanır.
Desantçıları tam inandırdıqdan sonra R.Məmmədovla birlikdə onların əsl məqsədlərini öyrənə bildik. Məlum oldu ki, desantçıların kiçik bir qrupu Cəbrayıl şəhərinə daxil olmalı, digər qrup rayon ərazisindən erməni kəndlərinə hücumlar təşkil etməli idi. Amma onların dinc əhali tərəfindən tam mühasirəyə alınması bu planlarına mane oldu. Rayon ağsaqqallarının təşəbbüsü ilə desantçılar üçün mal-qoyun kəsildi, istədikləri qədər içki tədarük edildi. İçki məclisi onlardan bəzi məlumatların alınması üçün təşkil olunmuşdu.
Hiylə öz işini görmüşdü. Komandir Tixonov məlumat verdi ki, bir neçə gündən sonra Bakı və ətraf rayonlara qoşun yeridiləcək, müqavimət göstərənlərə, xüsusilə Xalq Cəbhəsinin tanınmış üzvlərinə divan tutulacaqdır. Bu mühüm məlumat alındıqdan sonra Cəbrayıl camaatının tələbi ilə desantçılar mütəşəkkil qaydada avtobuslara mindirildi. Yolboyu keçdiyimiz kəndlərimizdə əhali yol kənarına toplaşaraq onları ləyaqətlə yola saldı. Ayrılarkən Tixonov mənə və Rəşid Məmmədova dedi:
- Mən bir zabit kimi özümün və döyüşçülərimin adından sizə minnətdaram. Bu xalq haqqında mənə və döyüşçülərimə yanlış məlumat verilmiş, sizə qarşı bütün vasitələrdən istifadə etməyi tapşırmışdılar. Mən Əfqanıstanda da belə hadisələrin şahidi olmuşam. Zabit şərəfimə and içirəm və söz verirəm ki, mənim başçılıq etdiyim dəstə tərəfindən sizə qarşı heç bir hərəkət baş verməyəcək. Ancaq bir xahişim var: Bakıdakı rəhbərliyinizə çatdırın ki, ehtiyatlı olsunlar.
Bu məlumatlar mənim tərəfimdən Xalq Cəbhəsinin İdarə Heyətinə, R.Məmmədov tərəfindən Daxili İşlər Nazirliyinə, Cəbrayıl rayon Partiya Komitəsi tərəfindən isə Mərkəzi Komitəyə çatdırıldı…

 

CƏBRAYILA İKİNCİ HÜCUM

 

Yanvarın 14-də desantcıları Hadruta yola salandan sonra rəis Rəşid Məmmədov axsam görüşməyin vacib olduğunu bildirdi. Saat 22 radələrində onun otağinda görüsduk. Çox əsəbi idi. Desantçıların komandirinin Bakı və ətraf rayonlara hücumla bağli dediklərinin AXC rəhbərliyinə catdırıb-catdırmadığımı məndən sorusdu. məlumat verdiyimi bildirdim. Əsəbi halda dedi:
- Mənim rəhbərliyim isə məni təxribatçı hesab edir, AXC-yə işləməkdə günahlandirir, isdən azad edəcəkləri ilə hədələyir. Məni vəzifə maraqlandırmır. Təhlukə böyukdür. Bir tərəfdən bu alcaq ermənilər, bir tərəfdən də Hadrutdakı dəstə. Mənim qörxum ruslardandır. Polisin sayı azdır, cəmi 7 avtomatımız var. Hamıdan da silahları yığıblar. Bu qədər ərazini tək polisin gücü ilə qorumaq mümkün deyil, sizin köməyiniz lazimdir. Kimin ehtiyatda, gizlində silahi varsa uzə cıxarsın. Bir polis rəisi və Rəşid kimi söz verirəm ki, bir nəfər buna görə cəzalanmayacaq.
Görüşdən sonra təcili İdarə Heyətı və Müdafiə Komtəsinin iclasini kecirdik. Qərara alındı ki, səhər saat 12-də mitinq kecirib mövcud durum haqda xalqı məlumatlandıraq. Gecə ikən kəndlərə xəbər vermək ücun adamlar göndərdik.
Yanvarın 15-də rayondakı Azadlıq meydanında izdihamlı mitinq kecirdik. Gercək hadisələr izah edildi. Çixis edən ziyalılar, ağsaqqallar xalqı səfərbərliyə çağırdı. Silah əldə etmək ücün muəyyən islər görüldü. Cəbrayil kasib rayon olsa da, mərd camaat idi. İmkanlı və imkansız bütün cəbrayillılar bu işə ürəkdən qoşuldular. Mudafiə dəstələri yaradıldı ki, onlar da polislə birlikdə sərhəd kəndlərimizi qorumağa basladılar. Bildirmək istəyirəm ki, cəbrayıllıların özəl xüsusiyyətləri var. Həmişə onların qarşında bas əymişəm. Meşə çaqqalsız olmaz, deyiblər. Bızdə də belələri var idi və onlar haqqında da danışacağam. Məhz bu qeyrətli camaatın sayəsində 14 erməni kəndi azad edildı, 1993 -cü il avqust ayının 23-nə kimi Cəbrayil torpağının bir qarışına erməni və rus ayağı dəymədi.
Naxçıvan cəbhəçilərinin təşəbbüsü ilə yanvarın 16-da İranla sərhəd dirəklərinin sökulməsi məsələsi ortaya gəldi. Təşəbbüsə zənğilanlılar da qoşulmuşdu. Naxçıvanda iki generalla aparılan danışıqlar da nəticəsiz qalmişdı. KQB-nin Cəbrayil sobəsinin sədri Xaqani muəllim xəbər verdi ki, həmin generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi polkovnik Panteleyev sərhədlərin sokülməsi məsələsini müzakirə etmək ücün sizinlə görüsmək istəyir. Təhlükəli vəziyyət yaranmışdı. Görüşə hazır getmək üçün ağsaqqal və mütəxəssislərlə danışmaq lazım idi. Səhv etmək olmazdi. Naxçıvandakı bu söküntüdən KQB məharətlə istifadə etmişdi.

 

QƏRARGAN RƏİSİ MƏKRLİ PLANIN ÜSTÜNU AÇDI

 

Moskvadan gələn generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi Panteleyevlə görüsə hazır getmək ücün rayon agsaqqalları, kənd təsərrüfatı mütəxəssisləri, hərəkata rəğbəti olan olan, adlarının açıqlanmasını istəməyən bir neçə nəfərlə görüşdük. Ümumi qərar belə oldu ki, sərhəd zolağındakı torpaqların istifadəsi rayonun kənd təsərrüfatı üçün xeyirli olacaq. Ancaq bu məsələdə heç bir halda yerli əhalinin iştirakına yol vermək olmaz. Onsuz da Moskva bəhanə gəzir. Həm də ehtiyatli olmaq lazimdir, cunki İranla sərhəd kəndlərində KQB-nin güclü agentura səbəkəsi var və təxribat üçün onlardan istifadə edə bilərlər. Ona görə çalışmaq lazımdır ki, dirəklərin sökülməsini ruslar özləri həyata keçirsinlər. Eyni zamanda söküntü Qumlaq kəndindən baslanmalı idi. Çünki məşhur Xudafərin körpüləri bu ərazidə yerləşirdi ki, bunun da rəmzi mənası vardı. Həm də Milli Azadliq hərəkatının tarixinə qızil hərflərlə yazılmış məşhur Xudafərin mitinqləri bu kənddə, körpülərin yanında keçirilmişdi.
1988-ci il noyabrın 20-dən başlayan mitinqlərdə Azərbaycan həqiqətləri İrandakı azərbaycanlılar vasitəsilə butün dunyaya çatdırılmışdı. Həmin mitinqlərdə yaziçi, rəhmətlik Fərman Kərimzadə və şair Rüstəm Behrudi istirak edərək, cəbrayıllıların mubarizə əzmini yüksək qiymətləndirmislər. Göruşədə istirak edən Panteleyevlə o vaxtdan tanış idik. Sonralar 1993-cü il avqust ayının 23-ü saat 18-də Cəbrayıla hücum zamanı "Qartal”dan bizə köməyə gələn Bakı polisinə binoklla Panteleyevi göştərərək dedim:
- Diqqətlə baxın və yadda saxlayın , üstümüzə gələn erməni deyil. Bu da onların komandiri, içərisindəki qeyrətli oğlanlardan başqa, başda Yasamal polisinin rəisi "mitinq Çingiz” olmaqla Bakı pölisi də postu qoyub, bir güllə atmadan qaçdı. Biz eyni zamanda qərara aldıq ki, yanvarın 18-də mitinq keçirib əhalini məlumatlandıraq. Ayın 17-də baş tutan göruş RİK-nin sədri rəhmətlik Abasqulu Fərzəliyevin kabinetində kecirildi. Görüşdə AXC RŞ-nin sədri kimi mən, məclisin sədri Eldar Əliyev və İdarə Heyətinin üzvü Oqtay Vəliyev iştirak edirdi. Generallar bizim məqsədimizi soruşdu. Fikrimizi açıq dedik. Onlardan biri gözləmədiyimiz halda dedi:
- Gəlin gərginlikdən qaçaq. Qoyun bu işlə Panteleyev məsğul olsun, sızdən də bir nəfər nəzarət etsin.
Doğrusu, qulaqlarımıza inanmadıq. Hücuma kecmək lazım idi. Eldar dedi:
- Bura gələrkən yəqin binanın qabağındakı insanları gördünüz. Sabah biz saat 13-də mitinq kecirəcəyik. Əgər dediyiniz şərtlər pozulsa, Cəbrayıl ərazisindəki bütün sərhəd məntəqələrinə dinc yurus kecirəcəyik.
Razilaşdiq ki, bizdən bu işə Oqtay nəzarət edəcək.
Mitinq basladı. Sərhəddən gələn xəbərləri həyəcanla izləyirdik. Xəbər gəldi ki, Qumlaqda Əli adlı birisi bir dəstə adamı başına toplayaraq sərhədə hücum edib, aranı qarışdırmaq istəyib. Oqtaygil dərhal qarşısını alıblar. Sərhədçilər hər işi özləri görüb, hətta suvenir kimi tikanli məftili də Oqtaya vermisdilər. Oqtaya dedik ki, Panteleyevi də götürüb mitinqə çatsın. Öz adamlarımıza da tapşırıq vermişdik ki, sərhəddəki proseslərin fotosunu çəksinlər ki, sonralar bizə lazım olacaq. Doğrudan da bu fotolar biz həbs olunanda lazım oldu.
Mitinq iştirakçıları Oqtayğili göz yaşları və alqışlarla qarşıladı. Mitinqdən sonra Oqtay Doşulu Əlınin kababxanasında, göstərdiyi "xidmətə” görə Panteleyevə qonaqlıq verməyə getdi. Qonaqlıqdan sonra ayaq üstə dura bilməyən Panteleyevi XC-nin qərargahına gətirdi və dedi:
- Uşaqlar, bunda bəzi məlumatlar var. Bu məlumatlar desantçıların kömandirinin dediyi ilə üst-üstə düşür.
Onu yenidən danışdırdıq. Məlum oldu ki, doğrudan da Möskva məkrli plan hazırlayıb. Yaxın günlərdə ya Bakıda, ya da basqa bir yerdə qırğın planlaşdırılır. Generalların arxayın danışmaları aydın oldu. Yaxşi ki, biz də səhv etməmişdik. Ayrılanda Panteleyev:
- Biz hələ görüşəcəyik, – deyə rusca bizə dedi.
Ləngimək olmazdı. Cəbrayılın polis rəisi Rəşid Məmmədovu məlumatlandırdıq, sonra XC-nin mərkəzi qərargahına gözlənilən təhlükə haqda xəbər verdik. Qırğına bir gün qalırdı. Yanvarın 19-u gecəsi nə olacaqdsa, bunu bir Allah bilirdi.

 

BAKI VƏ SƏDƏRƏKDƏN DƏHŞƏTLİ XƏBƏRLƏR

 

Yanvarın 19-da əsas işimiz ermənilərlə sərhəd kəndlərdə və İranla sərhəd məntəqələrində vəziyyətlə maraqlanmaq oldu. Ermənilərlə sərhəddə ara-sıra atışmalar olsa da, ruslar tərəfdən heç bir hərəkət yox idi. Belə sakitlik heç də yaxşi bir şey vəd etmirdi. Bu narahatliığı AXC mərkəzi qərargahından verilən telefonoqramma daha da artırdı. Məlumat verildi ki, axşam saat 8-də AXC-nin xalqa müraciəti olacaq. Dərhal yerli radio ilə əhalini məlumatlandırdıq. Sərhədlərə diqqəti daha da artırdıq. Həmin vaxt Qarabağda Şuşa televiziyası da fəaliyyət göstərirdi. Əhali buradan Qarabağ bölgəsində bas verən hadisələr barədə obyektiv məlumat alırdı. Kanala qeyrətli jurnalist, məhrum Vidadi Bağırov rəhbərlik edirdi (onunla sonra Novoçerkassk həbsxanasında görüşdük) Az bir vaxtda Qarabağ camaatının hörmətini qazanmışdı. Evlərdə televizor olduğu halda əhali XC-nın RİK-nin binasında yerləşən qərargahı qarşısındakı Azadlıq meydanına toplaşırdı.
Hər yerdə olduğu kimi, bizdə də cəbhə rayon camaatının ümid yeri idi. Əhalinin coxluğunu nəzərə alıb televizoru meydandakı tribunaya qoyduq. Saat 19-da butun kanallarda veriliş dayandırıldı. Hamı narahat oldu. Dərhal teleqüllə ilə əlaqə saxladıq. Növbətçi Fazil (Hüseyn müəllimin öğlu) bildirdi ki, Şüşadan siqnal yoxdur. Bakıdan verilişlər Şuşa vasitəsilə verilirdi. Əlavə etdi ki, Şuşa ilə birbaşa telefon əlaqəsi də yoxdur. Çalışacaqlar ki, əlaqə yaratsınlar, hec olmasa Şuşa televiziyasının siqnallarını bərpa etsinlər. Rabitə söbəsinin müdiri rəhmətlik Mamed kişi xəbər verdi ki, Bakı və ətraf rayonlarla da əlaqə kəsilib. Narahatlığın pik nöqtəsi idi. Evlərdən, rayon mərkəzinə yaxın kəndlərdən narahat insanlar axın-axın meydana axışırdı. Artıq gecədən xeyli keçmişdi. Xəbər verdilər ki, teleqüllənin rəisi Akif (Allah rəhmət eləsin) telefonda gözləyir, özü də çox həyəcanlıdır. Telefonu göturüb Akıfin səsini eşidirəm:
- Əlisoy, dəhsətdir, dəhşət. Bakıda qan su yerinə axır. Şuşadan Vidadi 5 dəqiqə sonra efirdə olacaq. Dediyinə görə, ruslar Şuşa teleqülləsinə hücuma hazırlaşır. Şuşa camaatı onların qarşısını alır ki, Vidadi efirə çıxa bilsin. Nə deyirsən, siqnalı qəbul edək?
- Akif, dərhal siqnalı qəbul edin, – deyib izdihamın qarşısına çıxıram. Minlərlə adamın nəzərləri məndıdir. Sakitcə televizorun düyməsini basıram. Vidadi həyəcanla, tələsik danisir:
- Əzızlərim, vaxt yoxdur. Ruslar teleqüllənin həyətindədir. Efiri dayandırmaq istəyirlər. Artiq qapını sındırmağa çalışırlar. Bir qədər əvvəl sovet ordusu Bakıya dörd istiqamətdən hücum edib. Şəhərdə qan su yerinə axır. Televiziyanın enerji bloku partladılıb. Ölənlərin sayı yüzlərlədir. Artıq ruslar qapını sındırıb içəri daxil olmağa calışır. Budur, qapını sındırdılar. Efiri dayandırıram. Ehtiyatlı olun.
Yasasın, Azərbaycan! – Vidadi bunu deyib qurtaran kimi ekranda veriliş dayandı…
İndi meydandakı vəziyyəti gözlərinizin qarşısına gətirin. Sözlə ifadə etmək çətindir. Birdən kimsə Azadlıq radiosunu dinləməyi məsləhət gördu. Hardansa "VEF”radiosu gətirdilər. Gitaraçi Fərəməz də mikrafon və səsgücləndirici gətirdi (evləri bir addımlıqda idi) Mirzə Xəzər (Allah ona ömur versin, xidməti əvəzsizdir – V.Ə.) ağlaya-ağlaya Bakı dəhşətindən danışırdı. Rəhmətlik Elmira xanım və Mehdi Mehdiyev də danışdı. Ustad Bəxtiyar Vahabzadənin ürək dağlayan çıxışı və müraciəti meydanı lərzəyə gətirdi. Ay Allah, mənim bu millətim nəyə qadirmiş. Hamının Bakıda qohumları və yaxınları yaşadığından camaat cox narahat idi. Gənclər "qana qan” deyirdi. Ancaq meydanda olan ağsaqqallar onları sakitləşdirdi və bildirdilər ki, bundan ermənilər istifadə edib kəndlərə hücum edə bilər. Hamı da bununla razılaşdı.
Minlərlə adam səhəri meydanda qarşıladı. Meydandakı adamları ətraf evlərin sakinləri lazım olan hər şeylə təmin edirdi. Mahmudlu stansiyasının rəisi rəhmətlik Səfər kisi mənə zəng vuraraq, onun yanına getməyimi xahiş etdi. Bildirdi ki, Naxçıvan cəbhəçiləri dəmiryol rabitəsi ilə təcili mənimlə danışmaq istəyirlər. Dərhal Mahmudluya getdim. Səhv etmirəmsə Azəflə danışdım. Bakıda baş verənlər barədə ətraflı məlumat almaq istədi. Onlar "Azadlıq” radiosu vasitəsilə xəbər tutmuşdular. Bildirdi ki, bu gecə Sədərəyə hücum olub, olən və yaralananlar var. Məlumatı yaymağımı xahiş etdi. (Burada bir məsələni qeyd etməliyəm ki, qeyrətli Naxçıvan camaatının və Naxçıvanın qorunmasında ilk növbədə cəbhəçilərin rolu əvəzsizdir. Çox təəssuf ki, naxçıvanlılar onların qədrini bilmədilər. Adlarını da bir-bir saya bilərəm. Sahmərdan başda olmaqla Allah hamısına rəhmət eləsin, hazırda haqq yolunda olanlara can sağlığı versin).
Mən Mahmudludan rayon mərkəzinə qayıtdım. Meydanda iynə atsaydın yerə düşməzdi. Ziyalılar, ağsaqqallar, gənclər çıxış edib hadisəyə qəzəb və nifrətini bildirir, ana-bacılar, qız-gəlinlər bir kənarda ağlaşır, ağı deyirdilər. Mikrafonu alıb Bakı və Sədərək hadisələri haqqında danışdım. Xəbər gəldi ki, gənclər Leninin yay klubunun qarşısındakı heykəlini dağıdıblar. Mən rəisin xahişi ilə uşaqlara tapşırdım ki, uçurulmuş heykəli rayon mərkəzindən uzaqlaşdırsınlar…

 

CƏBRAYILIN İŞĞALI. KÜTLƏVİ HƏBSLƏR

 

Dəyərli oxucular məni bağışlasınlar. Heykəllə bağlı sonralar bas vermiş bir əhvalatı danışmaq istəyirəm.
1992-ci ilin sentyabrında Azərbaycanın məşhur simaları (onların arasında görkəmli alimlər, yazıçı və şairlər, müğənnilər, aktyorlar var idi) Cəbrayılla və buradaki real vəziyyətlə tanış olmaq üçün rayona gəlmişdilər. Səbrayıllıların öz gücləri ilə rayonu necə mudafiə etmələri, azad edilmiş 14 erməni kəndini öz qüvvələri ilə qorumaları, 13 yaşli Tiqana ilə tanışlıq (Sonralar səhıd oldu. Allah rəhmət eləsin) qonaqları çox heyrətləndirmişdi. Deməyə soz tapmırdılar. Deməli, qonaqların şərəfinə "Çayarası” deyilən yerdə salınmış parkda – "Məhəmmədəlinin kababxanasında” ziyafət verdik. Etika xatirinə onların adlarını cəkmirəm, sağ olan və rəhmətə gedən var. Ürəkləri açılan qonaqlar yaxşıca yeyib içirdilər. Məşhur şairlərimizdən biri söz alıb dedi:
- Hamıdan üzr istəyirəm. Burada gördüklərim, o balaca Tiqana ilə tanışlıq mənə ləzzət etdi. Mən şəxsən cəbrayıllılara minnətdarlıq edirəm. Doğrudan da deyilmişkən varsınız. Ona görə də yaxşı yeyib içmək istəyirəm. Ancaq bizim stolun yeri yaxşı deyil. Bəlkə onun yerini dəyişək, bir az rahat olsun.
Uşaqlardan xahiş etdim ki, stolun ayağını düzəltsinlər. Bu zaman qəribə mənzərə yarandı. Bel bərk bir şeyə toxundu. Həmin stolda oturan məşhur aktyor: "Deyəsən, xəzinə tapmısıq, nə çıxsa, bizim stolundur”, – deyə zarafat etdi. Nəzərlər həmin yerə dikildi. Uşaqlar torpağı təmizləyərkən qəribə bir mənzərə ilə rastlaşdıq. Bu, 1990-cı il 20 yanvarda yıxılmış, torpağa basdırılmış həmin Leninin heykəli idi. Məclisə sukut çökdu. Mən o vaxtkı hadisəni onlara danışdım. Başı dumanlanmış bu məşhurlar sanki ayılmşdı. Sükutu həmin məşhur şair pozdu. Aradan 21 il keçsə də onun sözlərini bu gun xatırlayıram:
"Burada Azərbaycanın çox məşhur simaları oturub. Hamınız bu kiçik bölgəmizin mərd insanları ilə tanış oldunuz. Yıxılmış, xalq tərəfindən torpağa basdırılmış bu heykəli də gördünüz. Nəticə çıxarmaq lazımdır. Neçə illər bu milləti yalançı, boş ideyaların əsiri etdik. Stalinlərin, kirovların, leninlərin heykəllərini ucaltdıq, şənlərinə seirlər, mahnılar qoşduq. Sonda xalq bu heykəlləri torpaga basdırır. Heykəllər ürəklərdə olmalıdır”.
Dəyərli oxucular, sonralar bu məşhurların məddah dolu yazı və çıxışlarını gordukdə heç də təəccüblənmədim. Budur gerçək Azərbaycan ziyalısının siması. Bu, bir gerçəklikdir. İndi kecək əsas mətləbə.
20 yanvar 1993-cü il. Cəbrayıl. Azadlıq meydanı. Saat 14:00. Mitinq davam edir. Mitinqi mən aparıram. Cəbrayılın gözəl müəllimlərindən, riyaziyyatçı Murtuza Mustafayev soz istəyib, asta addımlarla tribunaya qalxdı. Bir qədər duruxdu. Sonra da hönkürtü ilə ağladi. Bir az sakitləşib cibindən qırmızı rəngli partiya biletini başı üzərinə qaldırıb dedi:
- Əzizlərim, hamınız məni tanıyırsınız. Siz bu biletin rənginə baxın, qırmızıdır, Bakıda balalarımızın qanı rəngdədır. Belə bir bileti gəzdirə bilmərəm. Mən Qorbaçova və onun partiyasına nifrət edirəm.
Murtuza müəllim: – Artıq bu bilet mənə lazım deyil, – deyib onu meydana, camaatın ayaqları altına atdı.
Minlərlə partiya bileti meydana atıldı. Mitınqdə tələb edildi ki, birinci katib Əli Rzayev başda olmaqla bütün vəzifəli adamlar biletlərini təhvil versinlər.Tələb yerinə yetirildi. İkinci tələb rayon partiya komitəsinin buraxılması oldu…
Emosiyaya qapılmaq olmazdı. Mitinq iştirakçıları tələb edirdi ki, partiya komitəsi buraxılsın və partiya biletləri Bakıya göndərilsin. Axırda qərara alındı ki, ilk partiya təşkilatları bu məsələni muzakirə etsin, özləri qərar versin, biletlər XC-nin qərargahında saxlanılsın. Ancaq RPK-nın buraxılması rayonu iflic edər, idarə və müəssisələrin işini poza və rayonun mudafiəsinə mənfi təsir göstərə bilərdi. Buna görə də ağsaqqalların dəyərli məsləhətləri ilə rayon partiya komitəsinin fəalliyyət göstərməsi qərara alındı.
Demək olardı ki, hər gün Bakıdan, Lənkərandan, Cəlilabaddan, Naxçıvandan həyəcanlı xəbərlər gəlirdi. AXC üzvlərinin kütləvi həbsləri başlanmış, təşkilat gizli fəaliyyətə keçmişdi. Televiziyanın işi bərpa edilmişdi. Bakı və Moskva həqiqəti gizlədir, azadlıq uğrunda mübarizə aparanları ekstremist, narkoman adlandırırdı. Silahları göstərir, onların cəbhəçilərə aid olduğu və muqavimət göstərikləri qeyd edilirdi.
Yanvarın 22-də Azərbaycan xalqı oz qəhrəman şəhidlərini Dağüstü parkda təntənəli surətdə dəfn etdi. Dünya belə bir izdiham, belə möhtəşəm birlik görməmişdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Yanvar ayının 25-də KQB-nin yerli şobəsinin sədri Xaqani müəllimlə sohbətimiz oldu (millətinə sədaqətlə xidmət edən belə oğullara eşq olsun, onu həmişə hormətlə xatırlayıram). Respublikada və rayonda, sərhəd kəndlərimizdəki vəziyyəti müzakirə etdik. Onu qeyd edim ki, həmin günlərdə rayonun müdafiəsi bir an belə unudulmamışdı. Buna gorə indi də bütün cəbrayıllılar qarşında bas əyirəm. Ayrılarkən Xaqani müəllim dedi:
- Səninlə idarədə deyil, bu çöllükdə görüşməyimin səbəbini yəqin bilirsən (görüş rayonun yuxarısındakı parkda idi – V.Ə.). Mən paqon daşisam da, bu millətin oğluyam. Neçə illərdir ki, sizin fəaliyyətinizi izləyirəm. Hamınıza minnətdaram. Rayonun müdafiəsində rolunuz əvəzsizdir. Bakıdan gələn KQB müstəntiqləri məndən sizin haqqınızda məlumat istəyir, ancaq bir Allah şahiddir ki, barənizdə yalnız müsbət fikir söyləmişəm. Bilirəm ki, az da olsa, əlinizdə silah var, bunlar da rayonun müdafiəsi üçündür. Amma məsləhət görərdım ki, qərargahda silah saxlamayın. Hər şey ola bilər, ehtıyatli olun.
Ona inanmamağa haqqım yox idi. Paqon daşısa da gözəl ziyalı idi. Bizə çox köməyi dəymişdi. Sonralar cəbhəçilərə rəğbətinə görə işdən azad olunsa da, Azərbaycan müstəqillik qazanandan sonra işinə bərpa edildi. İndi təqaüddədir. Bir dəfə ğörüşə bildik. Ötən günləri, Cəbrayılı xatırladıq. Çox heyf ki, orqanlarda belə oğullar azdır.
Yanvarın 27-də rayon ağsaqqallarından Hüsü dayı, Zəkəriyyə dayı, Osman müəllim (Allah el-obamızın bütün ağsaqqallarına, Yəhya Çələbi başda olmaqla hamısına rəhmət eləsin. Onların hamısı köçkünlükdən sonra rəhmətə getdi. QARABAGDA qan bağlayan bir ağsaqqalımız qalmadı. Bizi arxasız, köməksiz qoydular. El-oba həsrətinə dözmədilər.1993-cü ildən sonra saysız-hesabsız qarabağlı dünyasını dəyişdi) qayğılı idi. Sözlü adama oxşayırdılar. Sükutu Osman müəllim pözdu:
- Bılirsiniz ki, MK-nın plenumu olacaq, yeni rəhbər seçiləcək. Bızim katib də iştirak etməlidir. Bizi də o göndərib. Plenum üzvüdür. Biletin və mandatın verin getsin. Özü də daha burda işləmək istəmir. Qayıtmayacaq. Siz bizim sözümüzü yerə salmazsınız. Biz də sizdən razıyıq.
İH-nin üzvü Eldar Əliyev dedi:
- Biz həmişə sizə hörmətlə yanaşmışıq. Əgər onun biletini qaytarsaq, camaat bizi daş-qalaq edər. Prokurorun Samil Bağırova və Rzayevə münasibətinin necə olduğunu özünüz bilirsiniz. Onlar bir-birinə acığını camaatdan çıxdılar. Nə qədər adamdan pul aldılar, tutdurmaq istədilər. Bir şərtimiz var, rayona qayıtmayacaq. Biz camaata belə də deyəcəyik.
Ağsaqqallarla görüşdən sonra Rzayevin biletini qaytarmaq üçün evinə getmək lazım idi. Məsləhət oldu ki, mən gedim və şərtlərimizi deyim. Amma elə etmək lazım idi ki, məni heç kəs görməsin, çünki camaatın bizə inamı böyük idi. Köhnə 8-illik məktəbin (Rayon mərkəzində yaşayanlar yaxşı tanıyır) həyətindəki qoz ağacına çıxıb həyətə düşdüm. Sürücüsü İsrafil çamadanları maşına yığırdı. Məni görüb dedi ki, indi aşağı düşəcək, xahiş edirəm ki, artıq heç nə demə. Rzayev gəldi və qərarımızı ona bildirdim. Birdən dedi:
- Mənə qarşı düz hərəkət etmədiniz. Mən burda Kamal Ağayev kimi katib olmadım, namusla işlədim. Gedirəm, qayıtmaq fikrim də yoxdur. Peşman olacaqsınız.
Mən onun nə demək istədiyini gözəl anlayırdım. Yəqin Ağayevi də tanıtmağa ehtiyac yoxdur. Dedim:
- Yol üstündəsiniz. Ağzınızın da danışığını bilin. Bütün Azərbaycan cəbrayıllılara bələddir. Bu bizim son görüşümüzdür.
Qərargaha qayıtdım. Uşaqlara məlumat verdim. Bakıdan, AXC-dən gizli fəalliyyətə keçmək haqda təlimat gəlmişdi. Məsləhət oldu ki, iki gündən sonra İH tam tərkibdə (15 nəfər) bunu müzakirə etsin.
Ayın 29-da RİK-nin sədri rəhmətlik A.Fərzəliyev xəbər verdi ki, Rzayev qayıdıb və hazırda kabinetindədir.
Eldar və Oktayla birlikdə onun yanına getdik, kabinetinə daxil olduq. Bizi qəbul etmək istəmirdi. Əvvəllər qabağımıza qaçardı. İndi isə sanki bizi tanımırdı. Başını qaldırmadan dedi:
- Mən dedim ki, sızi qəbul etmək istəmirəm. İcazəsiz daxil olmaqla nə demək istəyirsiniz?
Mən cavab verdim:
- Biz ağsaqqalların xahişini nəzərə aldıq. Kişi kimi onlara və mənə İsrafilin yanında söz verdiniz ki, qayıtmayacaqsınız. Camaatın sizə munasibətini də bilirsiniz. Qarşıdurma yaratmaqda məqsədiniz nədir?
Acıqlı-acıqlı dedi:
- Məni bu vəzifəyə siz təyin etmisiniz ki, mən də usaq-muşağın sözu ilə oturub durum? Sozünüz yoxdursa, gedə bilərsiniz.
Bu dəfə Eldar cavab verdi:
- Şəkinin birinci katibi Hadı Rəcəbovu (indi millət vəkilidir), səkililərin necə yola saldığını yəqin eşitmisiniz. Biz sızi daha hörmətlə yola salacağıq.
Onunla söhbət etməyin mənası yox idi. Qərargahda İH-nin iclası olduğundan ora qayıtdıq. İclasda AXC-nin gizli fəaliyyəti haqda təlimatı, rayondakı vəziyyət və Rzayevlə görüşün nəticəsi müzakirə edildi. Rzayevin bizimlə danısığı şübhə yaratmışdı. Qərara aldıq ki, təlimata uyğun olaraq təhlukə yarandığı halda, İH və fəal cəbhəçilər dərhal gizli fəaliyyətə keçsinlər. Əlarələri necə quracağımızı müəyyənləşdirdik. Bütün məxfi sənədlər gizlədildi.
Yanvar ayının 31-də xəbər tutduq ki, RPK-nın büro iclası olacaq. Bakıdan MK-dan numayəndə də gəlib. Büro saat 14-ə təyin olunub. Bizim üüün çox maraqlı idi. Həm də İH-nin üzvlərindən bir neçə nəfər uzun müddət ərizə ilə müraciət etsə də, onları hələ də partiya sıralarında saxlayırdılar. Həm də sonralar biz mitinqdə partiya biletlərindən imtina edənlərə bildirmişdik ki, əgər belə fikirləri varsa, ilk təşkilatlarına muraciət etsinlər. Buna görə kommunistlərin mövqeyi bizim üçün maraqli idi.
31 yanvar 1990-cı il. Saat 14:00. Büro iclası başlayıb. Biz qapının ağzında dayanmışıq. 15 dəqiqə keçməmişdi ki, bir ZTR (BTR) və üstündə də 20-yə yaxın təpədən dırnağadək silahlanmış xüsusi təyinatlı əsgərlər binanı və ətraf ərazini tam mühasirəyə aldı. Polkovnik rütbəli bir zabit büroya daxil olub, iclası dayandırdı. Rzayevlə söhbət etdikdən sonra əllərindəki siyahıdan İsmayıl İmanzadənin kim olduğunu soruşdular. Bizim İH-nin üzvü olan İsmayıl əsl ziyalı və şair idi. Daha sonra ruslar onu, polis rəisi Rəşid Məmmədovu və müavini Vaqif Hüseynovu qabaqlarına qatıb rayon mərkəzinə tərəf getdilər…
Çaylaqla( cəbrayıllılar bilir) Davud dayının dükanının yanından RİK-nin binasındakı qərargaha getmək istəyirdik. Binanın qarşısındakı meydana minlərlə insan toplaşmışdı. Bütün inzibati binalar nəzarətə göturülmüş, polis binası tutulmuş, polislər tərk-silah edilmişdi. Polisə gətirilmiş rəis Rəşid Məmmədov onlara kəskin etirazını bildirdikdə, onu təhqir etməkdən çəkinməmişdilər. Rayonun giriş və çıxışı ruslar tərəfindən nəzarətə götürülmüşdü. Binanın içərisində isə səs-küy, qışqırtı səsləri eşidilirdi. Bunu görən əhali onları faşist adlandırır, ruslar əleyhinə şüarlar səsləndirir, dərhal rayon mərkəzini tərk etmələrini tələb edirdi.
Vəziyyət gərgin idi. Dərhal əhali arasında təbliğat aparıb onlara Bakıda, Lənkəranda, Cəlilabaddakı hadisələri xatırladıb sakitləşməyi xahiş etdik. Bizi görənlər: – Siz burda nə gəzirsiniz, əllərində siyahı var, bayaqdan tələb edirlər ki, təslim olasınız, çıxın gedin, – dedilər.
Sonralar marşal Dmitri Yazov yazırdı: "Qarşıdakı seçkilərdə AXC-nin qələbəsi şəksizdir. Bundan sonra SSRİ-dən ayrılmaq an məsələsidir. Bura gəlməkdə məqsədimiz AXC strukturlarını dağitmaqdır”.
Binadan isə səs kəsilmək bilmirdi. Sonralar İH-nin üzvü, Osman müəllimin oğlu Oktay Vəliyev bina və rayon mərkəzinə hücum haqda danışmışdı.

 

OKTAYIN DEDİKLƏRİ

 

Siz büroya gedəndən sonra axşam sərhəd kəndlərində olduğumdan, növbətçi Xanış müəllimə şifahi məlumat verib evə getmək istəyirdim. Burda Xanış haqqında bir neçə kəlmə demək istəyirəm. Mən Xanışla orta məktəb illərindən tanışam. Böyük Mərcanlı kəndindəndir. (Cəbrayıl uğrunda şəhid olanların böyük əksəriyyəti Böyük Mərcanlıdandır. Şakir (deyilənə görə sağdır) başda olmaqla bütün Mərcanlı camaatının qarşısında bas əyirəm. Bilin ki, tək bu camaat erməninin cavabını həmişə layhqincə verib. Mərcanlılar dağa gedəndə Qafan, Gorus erməniləri qorxularından bilmirdilər ki, hansı deşiyə girsinlər. Xanış da bu yurdun ovladı idi. İdmanla məşgul olurdu. Məşhur Xudafərin mitinqlərinin təhlükəsızliyinə də Xanış rəhbərlik edirdi. Mənimlə birlikdə həbs edildi və sonrakı yazılarda onun haqqında danışacağam – V.Ə.).
Xanışa məlumat verib (hər gun İH-nin bir üzvü qərargahda növbətçi olurdu. Həmin gün Xanışın növbəsi idi) çıxanda gözlərimə inanmadım. Təpədən dırnağadək silahlanmış xüsusi təyinatlılar zirehli maşınlarla bir göz qırpımında polisi və RİK-ni, Qalalını (cəbrayıllılar bilir) mühasirəyə aldı. Hələ mən belə əsgər görməmişdim. Məni avtomatın qabağında içəri apardılar. İldırım sürəti ilə bütın mərtəbələri zəbt etdilər. Binadakı bütün adamları, hətta qız- gəlinləri, hamilə qadınları yerə uzatdılar. Qapıları qırır, vəhşicəsinə hərəkət edirdilər. Etiraz edənləri isə vəhşıcəsinə döyürdülər. Bunu görən Mülki Müdafiə qərargahının rəisi Həsən Vəliyev əməliyyata rəhbərlik edən polkovnikə dedi:
- Mən sovet ordusunun polkovnikiyəm, bu da mənim vəsiqəm. Hərəkətləriniz sovet ordusuna yaraşmır. Bu hərəkətinizi dərhal dayandırmağı tələb edirəm.
Polkovnik Yelovski (onun haqda bir qədər sonra) əmr etdi ki, bunu aparın. Həsən dayını aparandan sonra polkovnik məndən kim olduğumu soruşdu. Cavab verdim. Əlindəki kağıza baxaraq: – Vəliyev Oktay Osman oğlu sənsən? – deyə soruşdu. Təsdiq etdim.Yanındakı polkovnikə dedi ki, üçü, yəni Xanış, Oktay və İsmayıl (şair) əlimizdədir, indi yerdə qalanlarını tapın.

 

CƏBRAYILDA FÖVQƏLADƏ VƏZİYYƏT

 

İndi keçək sonrakı hadisələrə. Camaat bizi meydandan çıxarmağa çalışırdı (Bu gün Azər kimi Cəbrayıl gənclərinin qarşısında bas əyirəm – V.Ə) Bu zaman Xanışla Oktayı binadan qolubağlı çıxardılar. Polkovniklə bərabər içəridən rayon idman komitəsinin sədri, mənim də yaxın qohumum Hüseyn Abbasov (Ruhun məni bağışlasın, Sakir. Sən bu Vətən uğrunda şəhid oldun, oğlun Cavid Hüseynov futbolçu kımi milli komandanın şərəfini qoruyur. Amma bunları deməliyəm, çünki sən atana cavabdeh deyilsən. Bütün simalar açılmalıdır ki, üğrunda şəhid verdiyimiz Vətəndə kimin kim olduğu bilinsin – V.Ə.) da çıxdı. Polkovnik 20 yanvar şəhidlərinin şərəfinə endirilmiş ay-ulduzlu, qara lent bağlanmış bayrağımızı çıxarıb yerinə SSRİ bayrağını taxanda qurban olduğum cəbrayıllıların reaksiyasını görəydiniz. Yelovski meydana müraciətlə dedi:
- 31 yanvar 1990 cı il saat 16:00-dan etibarən Cəbrayıl rayonu ərazisində fövqəladə vəziyyət elan olunur. Mən, polkovnik Yelovski bu rayonun komendantı təyin olunmuşam. İndi isə əsl kommunist, qocaman müəllim Hüseyn Abbasova söz verirəm.
Bu vaxt onlarla əsgərin müsayiəti ilə Oktayla Xanışı polisə apardılar. Camaat isə buna mane olmağa çalışırdı. Gərgin vəziyyət yaranmışdı. Hüseyn Abbasov Oktayla Xanışa işarə edərək dedi:
- Ay camaat, siz kimi müdafiə edirsiniz? Bunlar sovet hökumətinin düşmənləridir. Siz də onları dəstəkləyirsiniz. Bu adamlar sərhədi dağıtdılar, Bakıda camaatı qırğına verdilər. Onlar cəzalarını almalıdır.
Bu çıxışın minlərlə şahidi var. Bu bayrağı təhqir edənləri, mən və mənim kimi dostları rusun əli ilə Rusiyanın həbsxanalarında əzablara məruz qoyanları bağışlamayacağam. Alıkeyxalı kəndindən olan əq/strongidə dostum Mamed müəllimin ruhu məni bağışlayarmı? Unutmasınlar ki, Moskvalı müstəntiq podpolkovnik Stepanov Azərbaycanı tərk edərkən adlarını bizə təqdim edib. Zamanı gəldikcə açıqlanacaq.

 

RZAYEVLƏ SON GÖRÜŞ

 

Rayon polis şöbəsi tamamilə rusların əlində idi. Onlar da tərk-silah edilmişdilər. Vəziyyət olduqca gərginləşmişdi. Hər an həbs olunmaq təhlükəsi vardı. Elə meydandaca İdarə Heyətinə və fəallara rayon mərkəzini tərk edərək, gizli fəaliyyətə keçmək tapşırığı verildi. Hansı addım atacağımız və bir-birimizlə necə əlaqə saxlayacağımız barədə hələ iki gün əvvəl qərara gəlmişdik.
Meydandakılar, xüsusən gənc cəbrayıllılar (İndi onların hər birinin 35-45 yaşları var. Bəziləri sonralar şəhid oldu. Eşq olsun sizlərə, hər biriniz mənim qəlbimdəsiniz) rayon mərkəzini tərk etməyimizi tələb edirdilər. Ruslar rayonun giriş və çıxışında güclü postlar qurmuşdu. Hər bır posta XC-nin 15 idarə heyətinin üzvünün (artıq üçü həbs edilmişdi) və fəal cəbhəçilərin siyahısı verilmişdi. Bütün nəqliyyat vasitələri ciddi yoxlanılırdı. Ona görə piyada yaxınlarımıza xəbər vermədən rayon mərkəzini tərk etdik. Kimin harda olaçağı əvvəlcədən müəyyənləşdirilmiş və çox gizli saxlanması barədə təlimat verilmişdi. Bizimlə əlaqə saxlayacaq adamları çox az adam tanıyırdı. Həmin adamlara isə, bizi bu müddət ərzində baş verən bütün hadisələrlə tanış etmək tapşırılmışdı. Mən Çərəkən kəndinə – qaynatam Müstafa Mustafayevgilə getdim. O, zabit kimi Vətən müharibəsində iştirak etmişdi. Dəli-dolu kişi idi.
Gizli fəaliyyətin elə birinci günü həyəcanlı xəbərlər gəlməyə başlamışdı. Demək olar ki, eyni vaxtda, eyni saatda bütün kəndlərdə əməliyyat keçirilmiş, gizlənməyə macal tapmayan bəzi fəallar həbs olunmuşdu. Üzə çıxmağımız üçün ailələrimizə təzyiq edirdilər. Kameralar ağzına qədər dolmuşdu. Ruslar əsasən məni, Eldar Əliyevi və Məhəmmədəli Bəkiroğlunu tələb edirdilər. Məhəmmədəli müdafiə komitəsinə rəhbərlik edirdi. Fevral ayının 2-sində axşama yaxın qaynım Nizami xəbər gətirdi ki, ruslar həm anamgilə, həm də bizə getmiş , təslim olmayacagım halda onları həbs edəcəklərini bildirmişdilər. Axşama yaxın isə, üzə çıxacağımız halda, rusların fəal cəbhəçilər və mitinq zamanı tutulanları azad edəcəkləri xəbərini aldıq. Həbs edilmiş Oktayın vəziyyəti xüsusilə pis idi. Gün ərzində bir neçə dəfə təcili yardım çağırmışdılar. Çox fikirləşmədim. Bilirdim ki, uşaqların ikisi (Eldar və Məhəmmədəli) Cəbrayıl ərazisini tərk edib. Ona görə də təslim olmaq qərarına gəldim. Anam yaşlı və xəstə, övladlarım azyaşlı idi. Həm də "Azadlıq” radiosu vasitəsilə respublikada baş verən hadisələrdən xəbərdar idim. Vilnüs, Tbilisi və Bakı hadisələri bir daha bu sistemin çokməsini sübut edirdi.
Fevralın 2-də səhər tezdən qohumlarla vidalaşıb təslim olmaq üçün evdən çıxmaq istəyirdim. Elə bu vaxt xəbər verdilər ki, Əli Rzayev vaxtilə Beyləqan rayon PK-nin birinci katibı işləmiş, müəmmalı surətdə dünyadan köçən (deyilənə gorə özünü asmışdı, amma indiyə qədər buna heç bir cəbrayıllı inanmır) Vahid İsmayılovun həyat yoldaşı Tofiqə xanımın yas yerinə gəlib. Onlar həyat yoldaşım tərəfdən mənimlə qohum idi, digər tərəfdən oğlu Mobillə (indi Cəlilabadın prokurorudur) bir yerdə oxumuşduq. Həm onlara baş sağlığı vermək, həm də Rzayevə ürək sözlərimi demək üçün mən də yas yerinə getdim.
Yas yerində xeyli adam vardı. Hamı məni görüb təəccübləndi. Yas sahiblərinə başsağlığı verib, Rzayevin harda olduğunu soruşdum. Rzayevin tək olmadığını, KQB zabiti Xaqani müəllimlə gəldiyini dedilər. Dediklərinə görə, onları ruslar müşayiət edirdilər. Sadəcə camaatı əsəbiləşdirməmək üçün əsgərləri kəndin girəcəyində (Təvərədə) saxlayıblar. (Fikir verin, onlar öz torpağımızda rusların köməyi ilə gəzirlər. O vaxtlar bizi satdıqları kimi, indi də hansısa bir hadisə baş versə Azərbaycanın maraqlarını və qeyrətli oğulları istənilən yerə sata bilərlər – V.Ə.)
Mən əlləri cibimə salıb yuxarı mərtəbəyə qalxaraq içəri otağa daxil oldum. Otaqda Vahid İsmayılovun qudası , keçmiş KQB işçisi, əslən Zəngilandan olan Bəxtiyar dayı, Xaqani müəllim, "26 –lar” kolxozunun sərdi mərhum Köçəri Babayev, Rzayev və tanımadığım bir adam da vardı. Deyəsən, əllərim cibimdə olduğu üçün qorxmuşdular. Məni görən Rzayev özündən asılı olmayaraq ayaq üstə qalxdı, ağappaq ağardı, sifətinə ölüm rəngi çökdü. Xaqani müəllimlə Köçəri dayı (onun bacısı qızı Raya mənim mamam oğlu Sarvanın (çayçı Telmanın qardaşı) həyat yoldaşı idi) ikisi də eyni vaxtda: – Bura yas yeridir, əlini cibindən çıxar və silahı da stolun üstünə qöy, sonra danışarsınız, – dedi.
Bu vaxt qaynatam Mustafa kişi ilə Çərəkəndən olan Kəmaləddin içəri girdi. Görünür, mənim yuxarı qalxdığımı onlara xəbər vermişdilər. Allah Mustafa kişiyə də rəhmət etsin (Yazıya başlayandan bu sözü çox işlətmisəm. Bu haqda düşünün, əziz qarabağlılar, əziz cəbrayıllılar).

 

 

Xatirənin bu bölümunü yazarkən saata baxıram. 19 yanvar 2014 saat 18:00. Bu saata qədər Azərbaycan teleməkanı eynən həmin illərdə olduğu kimi yenə öz ampluasındadır. Sabah bu şou davam edəcək, cəmi bir gün. Ayın 21—dən yenə də çal-çağır başlayacaq. Mən və mənim kimilər o vaxt şəhıd olmadıq. Biz canlı şəhidlərik. Kimliyindən asilı olmayaraq bu mübarizəyə kölgə salmağa heç kəsə imkan verməyəcəyik. İndi isə keçək əsas məsələyə…
"Əllərimi cibimdən çıxarıram. Rzayev hələ də ayaq üstədir. Xaqani müəllim də təlaşlıdır. K.Babayev bir daha tələb edir ki, silahı da verim. Üzümü Rzayevə tuturam:
- Köçəri dayı, üstümdə silah yöxdur. Əgər olsaydı, mən bunu elə sizin yanınızda güllələyərdim. Bu adam Bakı qırğınını gördü. Bakıya getdi və rusu da özü ilə gətirdi. Bu azmış kimi rusun əlinə siyahı verib, illərlə Cəbrayılı qoruyan oğlanları həbs elətdirir. İndi də ana-bacılarımızı, ailələrimizi həbs etdirmək istəyir ki, bız üzə çıxaq.
- Rzayev, bu nə deyir, – deyə Babayev bozardı.
Görünür, mənə inanmırdı.Rzayev isə susurdu və hələ də ayaq üstə idi. Mən üzümü Babayevə tutub dedim:
- Köçəri dayı, mənim bura gəlməkdə məqsədim başqadır. Mən bir şərtlə üzə çıxacagam. Oktay başda olmaqla bütün həbs olunanlar azad edilməlidir. Bundan sonra ailələrimizi narahat etməyəcəklər. Sabahdan rayonda XC fəaliyyətini dayandıracaq. Məsuliyyət isə rusların və Rzayevin boynundadır. Tarix kimin kim olduğunu sübut edəcək, – deyib otaqdan çıxdım.
Belə tezliklə təslim olmaq fikrim yox idi. Gızli fəaliyyətə keçmiş cəbhəçilərlə görüşmək lazım idi. Mən təslim olmaqla bir müddət diqqəti yayındırmaq, uşaqlara təzyiqi azaltmaq istəyirdim. Qaynım Nizaminin "ZİL”-ində rayon mərkəzinə daxil olduq. Nizamiyə kimləri görmək istədiyimi bildirdim. Tapşırdım ki, hamını "Məmmədbəy kəhrizi”nin yanina gətirsin.
Bir saatdan sonra Nizami adlarını çəkdiyim uşaqları topladı. Hamı mənim üzə çıxmağımdan narazı idi. Səbəbini izah etdim. Razılaşdılar. Uşaqlar bildirdilər ki, Bakıdan "Səhər” qəzetinin 25 yanvar tarixli nömrəsindən 1000 nüsxə göndərilib. Bir nüsxəsini də mənə gətirmişdilər. Dəhşətli idi. (Bu gün də həmin qəzetin çapında xidmətlərinə görə Məzahir Süleymanova, Şakir Yaqubova təşəkkür edirəm – V.Ə.). Qərara aldıq ki, qəzet rayon əhalisi arasında paylansın. Bakı qırğını fotolarla sübut edilirdi. Həbsimdən sonra Tahir və Mahir qardaşları Cəbhənin fəaliyyətinə nəzarət etməli idi. İndi o gənclərin 40-45 yaşları var. Mən onlarla qürur duyuram. Bu gün də adlarının çəkilməsini istəmirlər. Uşaqlardan böyük ümidlə ayrıldım. İlahi, mənim millətimin belə oğlanlarını həmişə qoru.
Fuad Səhriyaroğlu (Səhriyar müəllim Azərbaycanın qeyrətli ziyalılarından idi. Milli azadlıq hərəkatının Cəbrayılda fəaliyyətində əvəzsiz xidməti olmuşdu. Oğlu Fuad da hərəkatçı idi) ilə evə gəlib həyat yoldaşım və övladlarımla görüsüb halallıq almaq üçün Fuadla anamgilə getdim. Yazıq sevindiyindən uçurdu. Dedi:
- Ay Fuad, bunu hardan tapıb gətirmisən. Bu camaat da danışmağa söz tapmır. Hamı deyir ki, ruslar oğlunu axtarır. O günü də əsgərlər gəlmişdilər ki, oğlun hardadır. Dedilər ki, oğlun sovet hökumətinin düşmənidir. Mən də dedim ki, oğlum ali təhsilli müəllimdir.
- Ay Gülzar xala, qələt eləyirlər, sən bir yemək hazırla, – Fuad zarafatla dedi.
- Qadan alım, ay Fuad, yaxşı kotlet hazırlamışam, keçin oturun.
Stolun arxasına keçdik. Gəlinimiz Naibə (qardaşımın yoldaşı) nə vardısa stolun üstünə düzdü. – İçməyə bir şey gətirim, – dedi.
- Yox, heç nə lazım deyil, gedəcək yerimiz var, – deyə Fuad etiraz etdi.
Yeməkdən sonra "Səhər” qəzetini ona göstərib dedim;
- Mama ( Ona həmişə belə müraciət edirdim. Allah rəhmət eləsin sənə. Rahat yat, oğlun olaraq sənin adına ləkə gətirəcək bir hərəkət etmədim), bu şəkilləri görürsən? Bunların əli mənim xalqımın qanına batıb. Düz deyirsən, məni axtarırlar. Çox adam tutublar. Osman müəllımin öğlu Oktay da içəridə pis vəziyyətdədir. Mən təslim olmağa gedirəm, içəridəkilərdən artıq deyiləm. Bir də söz veriblər ki, mən təslim olsam, uşaqların çoxu azad olacaq. Mənə halallıq ver. Atam öləndən sonar bizi min bir əziyyətlə böyutdün. Haqqını halal et. Hər şey ola bilər. İki oğlun var, biri bu vətənin olsun.
Sonuncu kəlməni demişdim ki, Fuad hönkürdü.
- Get, südüm sənə halal olsun, – anam dedi və alnımdan öpdü.
HAŞİYƏ. Dəyərli həmvətənlər, bəlkə, bu dediklərim sizə hansısa bir əsərin süjet xəttini xatırladır. Əsla , bunlar gerçəklikdir, həqiqətdir. Şükür ki, bu hadisələrin minlərlə şahidi var. Və mənim yalan yazmağa haqqım yoxdur. Bunu mənə şəhid qardaşlarımızın ruhu bağışlamaz. Bunları da onların əziz xatirəsinə görə yazıram…
Fuad o qədər təsirlənmişdi ki, bir kəlmə belə danışmırdı. Qalalının diki ilə enib gitaraçı Fərəməzgilin evinin yanına çatanda dedim: – Fuad, daha gəlmə, mən tək gedəcəyəm. Sən də Allah şahidisən. Əgər bir şey olsa, danışarsan. Bir şeyi deyərsən ki, biz milləti sevə-sevə bu yola gəldik. Səhvlərimiz olsa da, bağışlasınlar.
Görüşüb ayrıldıq. Çox duyğusal adam idi. Kövrəlmişdi. RİK-nin binasına yaxınlaşdım. Bina tam mühasirədə idi. İlan Aydının çayxanasının yanında və Ağakişi dayının (Allah hər ikisinə rəhmət eləsin) qəzet budkasının və polis idarəsinin yanında zirehli maşınlar dayanmışdı. Pilləkənlə qalxanda bir polis kapitanı ilə rastlaşdım. Mən onunla yaxın münasibətdə idim. Millətinı sevən, biz hərəkatçılara xüsusi rəğbəti olan bir insan idi (Onun adını çəkməyəcəyəm. Dünən də özü ılə danışdım. Adının çəkilməsini istəmədı. Sözü bu oldu ki, bir azərbaycanlı kimi mən öz vətəndaşlıq, kışilik borcumu yerinə yetirmişəm. Cəbrayıllılar onu tanıyır. Hal-hazırda DİN-də yüksək post tutur. Burdan ona və onun kimi millətinə sədaqətlə qulluq edən bütün polislərimizə təşəkkür edirəm). Məni görəndə təəccübləndi:
- Əlisoy, sən burda nə axtarırsan? Başın xarab olub? Bunlar sizi axtarırlar. Elə məni də Yelovski (komendant) bundan ötrü çağırmışdı.Qəti tapşırıq verilib ki, sizi tapaq. Əməliyyat işçisi kimi məndən bunu tələb edir. Mən paqondan imtina edərəm, amma millətimin qeyrətli oğullarını bu şərəfsizlərə sata bilmərəm. Özün bilirsən ki, mən bir müddət Rusiyada, Xankəndində işləmişəm. Bunlara yaxşı bələdəm, – dedi.
- Bunları ki, bilirsən lap yaxşı, orqanda sənin kimiləri azdır, qalıb işləməlisən, mən isə təslim olmağa gəlmişəm, onlar söz veriblər ki, başda Oktay olmaqla tutulanları buraxacaqlar, – dedim.
Kapitan yenə də təəccübləndi. Dedi:
- Sən bunlara inanırsan? Bilirsən, sizə qarşı hansı ittihamları irəli sürüblər? Deyim qulaq as: millətlərarası münasibətləri gərginləşdirmək, sərhəd məntəqələrinə hücum və sərhədi dağıtmaq, hökumət strukturlarının fəaliyyətini dayandırmaq və zorla partiya biletlərini yığmaq. Bilirsən bunlar nə deməkdir? Gedər-gəlməzə aparan bir yoldur.
- Bunları bildiyim üçün burdayam, məndə də bəzi sənədlər var, surətlərini əldə etmişəm, son mitinqin də audioyazısı üstümdədir, əsilləri etibarlı yerdədir, – dedim. – Ancaq bizə lazımdır ki, Yelovski uşaqları azad etsin.
- Vallah sənin başın xarabdır. İndi içəri keçirik. Sən rusca bilmirsən – Yelovskiyə belə deyərsən. Mən sənə tərcüməçilik edəcəyəm. Polisdə onun müavini və Moskvadan podpolkovnik rütbəli Stepanov familiyalı bir müstəntiq oturub. Sizin yerli Rafiq Quliyevin (İsmayılın oğlu) dostudur, deyəsən, bir yerdə oxuyublar. Rusun da yaxşısı var.
Onunla binaya daxil olduq. Hər tərəf əsgərlərlə dolu idi. O, əsgərlərdən birinə məni Yelovskinin yanına aparmağı tapşırdı. Onunla danışmışdıq ki, bir azdan içəri girsin ki, birlikdə gəldiyimizi başa düşməsin. Bu, həmin Yelovski idi. Cəbrayıla ikinci hücuma rəhbərlik edən polkovnik, desantçıların komandiri. İndi komendant idi. Əfqanıstanda döyüşmüşdü. Pozuq rus dilində (halbuki, bu dildə sərbəst danışırdım) kim olduğumu başa salıram. Təəccüblənir, birdən sanki ayılır və qışqıraraq əsgərləri içəri dəvət edir. Bu vaxt həmin zabit də əsgərlərlə birlikdə otağa daxil oldu. Yeri gəlmişkən, bu otaq bizim qərargahımız olmuşdu. Yelovski zabitdən məni tanıyıb-tanımadığını soruşdu. Bildirdi ki, bu adam XC-nin yerli şobəsinin sədridir. Uzun danışıqdan sonra təslim olmağa razı sala bilmişik. Zabit bunu Yelovskinin ondan şübhələnməməsi üçün deyirdi. Mən zabitə dedim ki, uşaqların azad olması məsələsini Yelovskiyə çatdırsın. Yelovski mənim nə dediyimi sorusdu. Zabit isə dediklərimi daha kəskin formada Yelovskiyə çatdırdı:
- Deyir, siz zabit sərəfinizə and içmisiniz ki, bunlar üzə çıxsalar həbs olunanlar azad ediləcək. İndi sizi öz sözünüzü tutmağa çağırır və söz verır ki, bütün suallarınıza cavab verəcək.
Yelovski bir az duruxdu, fikrə getdi və diqqətlə mənə baxıb dəstəyi göturərək polisə zəng vurdu, tutulanları azad etməyi tapşırdı.Sonra dedi ki, indi məni ora gətirəcəklər. Stepanov hələ dindirməsin. Özüm də iştirak edəcəyəm.
Binadan çıxıb polisə gedən yolda yüzlərlə insan var idi. Bəziləri məni qınayır, bəziləri də haqq qazandırırdı. Başda Oktay olmaqla tutulanların əksəriyyəti, o cümlədən Xanış və İsmayıl da azad edilmişdi. Məni birbaşa Stepanovun oturduğu otağa gətirdilər. Əvvəllər burda həmin polis zabıti otururdu. Hələ Yelovski gəlməmişdi. Stepanov zabitdən mənim, döğrudan da həmin adam olduğumu soruşdu. Zabit təsdiq etdikdən sonra o, mənə rusca dedi:
- Quliyev Rafiqi tanıyırsanmı? O, mənim yaxın dostumdur. Mənə sizin haqqınızda danışıb. Çalışacağam ki, sizə kömək edim.
Onun dediklərini zabit tərcümə edirdi. Hələ ki, rusca bildiyimi gizlətmək istəyirdim. Bir azdan Yelovski və mayor rütbəli müavini də gəldilər.

 

8 SAATLIQ SORĞU-SUAL

Saat 14-dür. Sorğu-sual baslanIr. Polis zabitinin dediyi ittihamlar irəli sürülür. Suallari təmkinlə, zabitin tərcüməsi ilə cavablandırıram. Bildirirəm ki, ermənilər bizə hücum edib kəndlərimizi yandırıblar, adamları girov götürüblər, öldürüblər, silahlı dəstəmiz olmayıb. Kəndləri polis qoruyub. Panteleyev başda olmaqla, sərhədləri sərhədçilər söküb, bu da səkillər, burda bir nəfər də yerli əhali yoxdur. Nəhayət, Bakı qırğınına etiraz edən kommunistlər özləri könullü surətdə biletden imtina ediblər.

 

Bunları deyib Bakı qırğınını əks etdirən "Səhər” qəzetınin 25 yanvar tarixli nömrəsini, biletlərin könüllü atılmasını əks etdirən fotoları və mitinqin audioyazısını stolun üstünə qoyuram. Bizim polisdən başqa ruslar da təəccüblə bir-birinə baxırlar. Bizim zabit Azərbaycan dilində:
- Əlisoy, əla, geriyə cəkilmə, – dedi.
Yelovski ondan nə danışdığımızı soruşdu. Polis zabiti cavab verdi:
- Bu adam lent yazısına qulaq asmağı tələb edir. Deyir, düşünməsinlər ki, təqdim etdiyim sənədləri məhv edə biləcəklər. Bunlardan bir neçə yerdə var. Əgər lazım gəlsə, lazımi yerlərə çatdıracaqlar.
Lenti hissə-hissə dinləməyə başladılar. Zabit də tərcümə edirdi. Kaş onların nə vəziyyətə düşdüyünü görəydiniz. Bütün arqumentlərini bizim polis zabitinin köməyi ilə alt-üst edirdik. Yelovski və müavini nə edəcəyini bilmirdi, ancaq əl çəkmək də istəmirdilər. Hər vəchlə XC-nin ekstremist təşkilat olduğunu, silahları harda gızlətdiyimizi soruşurdular. Verdikləri sualları dəfələrlə təkrar edirdilər. Ancaq rus və dünya ədəbiyyatından sitatlar gətirməklə ekstremist yox, millətini sevən insanlar olduğumuzu sübut edirdim. Axsam saat 10-a az qalırdı. Artıq 8 saat idi ki, bu mənasız suallardan təngə gəlmişdim. Birdən qapı açıldı, polis Əli Xankişiyev içəri girib bizim zabitə bildirdi ki, ağsaqqallar gəlib Yelovski ilə gorüsmək istəyirlər. 10 dəqiqə kecməmişdi ki, qayıtdılar. Yelovski çox pərt idi. Zabit mənə bildirdi ki, ağsaqqallar, sən də başda olmaqla hamının azad olunmasını tələb edirlər. Əks halda sabah mitinq keçirəcəklər. Elə bu vaxt "Vremya” xəbərlər proqramı başladı. İlk xəbərlər Azərbaycandan idi. Qulaqlarıma inanmadım. Birdən aparıcı: – Bu gün (fevralin 3-də – V.Ə) AXC-nin Cəbrayıl RŞ-nin sədri Vaqif Əlisoy başda olmaqla üç ekstremist həbs edilmiş və onlardan 7 ədəd avtomat Kalaşnikov müsadirə edilmisdir, – dedi.
Aparıcının bu sözlərindən sonra həmin avtomatları göstərməyə başladılar. Donub qalmışdım. Qəflətən özümdən asılı olmayaraq rusca dişimin dibindən çıxanı dedım. Polis rəisi Rəşid Məmmədov içəri girib Yelovskinin üstünə cumdu:
- Bunun bir adı var, o da şərəfsizlikdir. Axı o silahlar polisə məxsusdur. Nəyə görə belə edisiniz?
Eyni sözləri Moskvadan gələn müstəntiq də dedi. Rəşid müəllim isə dayanmaq bilmırdi:
- Bayaq da ağsaqqallar gəlmişdilər. Hamı bu böhtanı eşidib sabah meydana çıxacaq, onda nə cavab verəcəksiniz? Yoxsa Bakıdakıları burda da təkrarlamaq istəyirsiniz? Onu da bilin, belə olsa mən polislərimlə xalqın yanında olacağıq. Onsuz da hər şey əlinızdədir. Yaxşısı budur bunu da, başqa tutulanları da azad edin, vəziyyəti gərginləşdirməyin. Mən bu dəqiqə oz rəhbərliyimə məlumat verəcəyəm. Bunlar ziyalı adamlardır.
R.Məmmədov bunları deyib otaqdan əsəbi halda çıxdı (Allah ona rəhmət eləsin. Cəbrayıllılar onu bu gün də hörmətlə xatırlayırlar). Bundan sonra Moskvadan olan müstəntiq də mənim həbsimə imza atmayacağını bildirdi. Və bunun qanunsuz olduğunu dedi. Yelovski isə əmr verdi ki, pasportum alınsın, heç yerə getməyəcəyim haqda sənədə imza atdırılsın. Çıxanda isə: -Bəs deyirdin ki, rusca bilmirsən, bizi barmağına yaxşı doladin, – dedi.
Tələb olunan sənədə imza ataraq, stolun üstündəki "Səhər” qəzetini də götürüb otaqdan çıxdım. Çöldə yüzlərlə adam vardı. Onlar televiziyadan yalan xəbəri eşidib gəlmişdilər. Mən hamıdan dağılışmağı xahiş etdim. Stepanov da bu yalana görə üzr istədi. Rəşid müəllimlə görüşüb evə gəldim. Həyat yoldaşım və övladlarım, qonşular, qohumlar həbs olunmamağıma sevinirdilər. Amma hardan biləydilər ki, bu sevincin cəmi 10 saatlıq ömrü varmış.

 

YELOVSKİNİN "ADAMYEYƏN”LƏRİ

 

 
(Bu bölüm Azərbaycanın və onun qeyrət simvolu sayılan Qarabağın, Rafiq İsmayıl oğlu Quliyev başda olmaqla bütün Qarabağ ağsaqqallarının əziz xatirəsinə həsr olunur)

 

 

4 fevral 1990-cı il. Saat 10:00-dur. Axşam heç yerə getməmək haqda sənədə imza atdığım üçün kömendaturaya gedib qol çəkmək, eyni zamanda anamla görüşmək üçün evdən çıxdım. Mən müəllimlzr evində yaşayırdım. Bu evləri də rəhmətlik Vəlixanov tikdirmişdi. Cəbrayıl elə bir bölgədir ki, heç vaxt haqqı nahaqqa qurban verməyib. Bu gün də o ləzgi kisinin Cəbrayıl üçün etdiklərini heç bir cəbrayıllı dana bilmez.
Evdən çıxanda qonşum, mənimlə Təhsil Şöbəsində işləyən, kadrlar idarəsinin rəisi Allahverdi Səmədovla rastlaşdıq. Ailəvi dost idik. Məni görcək:
- Qardaş, gəl səni öpüm. Axşam sizə gəlmək istəyirdik, amma evinizdə adam çox idi. İndi heç yerə getmək yoxdu. Pəri (həyat yoldaşı – V.Ə.) yaxşı xaş hazırlayıb, tut arağı da var, gedək.
Nə qedər etiraz etsəm də, mümkün olmadı. Evə qalxdıq, anamgilə də zəng vurub dedim ki, narahat olmasınlar. Bir az oturmuşduq ki, hərbi vertalyotların səsini eşitdik. Balkona çıxdıq. İkisi desant, biri hücum vertalyotu idi. Allahverdinin yoldaşı Pəri xanım təlaşlandı. Mən də həyəcanlı idim. Bu nə məsələdir? Axşamkı söhbəti xatırladım. Cəbrayıl adına mərkəzi televiziyadan verilən xəbər onların heysiyyatına, qüruruna toxunmuşdu. Buna aydınlıq gətirilməsini istəyə bilərdilər. Bax, mən və Rəşid müəllim bunu nəzərə almamışdıq. Həmişə dəyərli məsləhətləri ilə bizə yardımçı olmus rəis müavini Vaqif Huseynov da cəbrayıllıların bu xasiyyətini nəzərə almamışdı. Vertalyotların təzə stadionda yerə endiyini görüb:
- Alı, qadam alım, qırgın olacaq, məni tez mərkəzə çatdır, – dedim.
Asağı düşüb tez Allahverdinin maşınına oturduq. Sürətlə rayon mərkəzinə gedirik. Bazardan yuxarı yollar bağlıdır. Silahlı əsgərlər, zirehli maşınlar tam döyüş vəziyyətindədir. İnsanlar Azadlıq meydanına tələsir. Mənə məlumat verdilər ki, camaat Yelovskidən axşamkı yalan xəbərə görə izahat tələb edirlər. Polisin yanında Rəşid müəllim məni görən kimi: – Sən bunun oğrasdığını görürsən? – dedi. – Vertalyotla kömək çağırıb ki, Cəbrayıl üsyana qalxır. İndicə Xanış müəllimi (yazıq dünən məndən bir saat əvvəl azad edilmişdi) və Mamed müəllimi həbs etdilər. Səni və Oktayı tələb edirlər. Mən nə edim? Tüpurum belə kişiliyə. Butün silahlarımız da onların əlində. Mən bunu özümə bağışlaya bilmərəm, – dedi.
- Rəşid müəllim, bu torpaqları 1988-ci ildən bir yerdə qoruyuruq, – dedim. – Onların məqsədi aydındır. Bura yığışanların əksəriyyəti rayon mərkəzinin adamlarıdır. Özləri də Hüsü dayının, Zəkəriyyə dayının sözündən çıxmazlar. Çalışın adamları RİK-nin binasından uzaqlaşdırın. Əsgərlərlə adamlar arasında polisləri qoyun ki, bir şey olmasın. Mən təslim olacağam. Təki bir cəbrayıllının da burnu qanamasın.
Bunu demişdim ki, boynumu qucaqlayib: – Xankisiyev, bütün polisləri meydana yığ, – deyə qışqırdı.
Komendatlığın yerləşdiyi RİK-nin binasına yaxınlaşdım. Əsgərlər hər an atəş açmağa hazır idilər. Onları "adamyeyən” adlandırırdılar.Tribunada dayanan və ətrafı nəzərdən keçirən Yelovski məni görən kimi "adamyeyənlərinə” əmr verdi. – Bu odur, dərhal həbs edin! – dedi.
Mənim kimi balacaboy, arıq bir adamın üstünə 8 adamyeyən cumdu. Bir anda qandallayıb içəri götürdülər. Ətrafa baxmaq imkanım olmasa da, camaatın səs-küyünü aydın eşidirdim (Sizə qurban olum, ay cəbrayıllılar – V.Ə.). Məni Yelovskinin yanına apardılar. Otaqda özü və mayor rütbəli müavini oturmuşdu. Əlinə bir kağız götürüb dünən sübuta yetirə bilmədikləri ittihamla mənim, Xanışın, Mamedin (Alıkeyxalılı, rus dili müəllimi, XC İH-nin üzvü idi, sonralar həbsdə aldığı işgəncədən dünyasını dəyişdi). Oktayın həbs olunduğunu bildirdi. Birdən qapı açıldı. Moskvalı müstəntiq Stepanov, KQB-nin RŞ-nin sədri Xaqani müəllim, rəis Rəşid Məmmədov içəri girdi. Bu zaman qırğın başlayır. Stepanov basda olmaqla hər üçü Yelovskini divara dirəsə də, fikrindən dönmədi. Elə bu vaxt çöldə səs-küy qopdu, şüarlar səsləndi. Stepanov çölə çıxıb, yenidən içəri qayıtdı, üzünü Yelovskiyə tutub dedi:
- Bayıra çıx, bax. Sən zabit adına ləkəsən. Məqsədin nədir? Tökülən qanlar bəs deyilmi?
Hamı bayıra çıxdı. Açıq qapıdan binaya hücum etməyə hazırlaşan, binani tam mühasirəyə alan adamlar arasında anamı gördüm. Yazıq arvad hələ də elə bilirdi ki, azadlıqdayaq. Allahverdigildən də zəng vurmuşdum ki, narahat olmasın. Həm də bacanağım Telman müəllimə də demişdim ki, mənim onlarda olduğumu anama çatdırsın. Anam da arxayın olub hamama gedirmiş. Mənim həbs olunduğumu camaatdan eşidib onlara qoşulmuşdu. Yaxına gəlib pəncərəni döydü, içəri girməyə can atdı. Rəşid müəllim üzünü Yelovskiyə tutaraq: – Kişiliyin olsun, anasıdir, qoy görüşsünlər, – dedi.
Əsgərlər anamı içəri buraxdı. O, içəri girən kimi Yelovskinin üstünə cumdu, paqonlarının birini qoparıb onu söyməyə başladı…

 

ƏLVİDA, CƏBRAYIL!

 

Anamı Yelovskidən ayırmaq mümkün deyildi. Bayırdan bu mənzərəni görən camaat binaya tərəf irəliləməyə başladı. Yelovski əsgərlərə silahları hazır vəziyyətə gətirməyi əmr etdi. Təhlükə anbaan artırdı. Anamı sakitləşdirdim. Bildirdim ki, vertalyotlar bizi aparmaq üçün gəlib. Bakıdakı vəziyyəti xatırladaraq dedim ki, onlardan nə desən, gözləmək olar. Razı ola bilmərik ki, bizə görə günahsız insanlara xətər dəysin. Xaqani ilə Rəşid müəllim də anamı sakitləşdirdilər. Lazımi yerlərə xəbər verəcəklərini bildirdilər. – Bu bir özbaşınalıqdır, sənin oğlunun, onunla tutulanların heç bir günahı yoxdur, belə oğüllarla fəxr etmək lazımdır, – dedilər.
Bu zaman səs-küy daha da artmağa başladı. Camaat bizim azad olunmağımızı tələb edirdi. Elə bu vaxt arxa qapıdan Oktayı da gətirdilər. Qızdırmadan alışıb yanır, ayaq üstə dura bilmirdi. Onu da Xanışla Mamedin yanına saldılar. Birdən Xaqani müəllim üzünü Rəşid müəllimə tutub dedi:
- Rəşid, bunlar Vaqifğili aparmağa gəliblər. Hər şey əllərindədir. Bizə ancaq onların qanunsuz hərəkətləri barədə rəhbərlıyimizi məlumatlandırmaq qalır. Bizimkiləri burdan çıxaranda hər şey ola bilər. Nəsə fikirləşmək lazımdır.
Hər şey aydın idi. Deməli, aparacaqlar. Ancaq hara aparacaqları məlum deyildi. Camaatı isə xilas etmək lazım idi. Ona görə Rəşid müəllimə dedim:
- Hadisələr başlayandan bir-birimizi tanıyırıq. Polislər, cəbrayıllılar bu torpaqları birlikdə qoruyub. Mən sizdən xahiş edirəm, bu alçağa deyin ki, qolumdan qandalı açsın. Mən camaata əsl həqiqəti deyəcəyəm. Qoy hara aparırlar, aparsınlar. Təki camaata bir şey olmasın.
Fikrimi Yelovskiyə dedilər. Moskvalı müstəntiq Safronov bu təkliflə razılaşdı. Qandalları açdılar. İki əsgərin müşayiəti ilə çölə çıxıb həmişə mitinq apardığımız tribunaya yaxınlaşdım (İlahi, bu millətə mənim canım qurban – V.Ə.) Alqış sədaları ay-ulduzlu bayrağımızın qaldırıldığı meydanı bürüdü. – Eşq olsun sizlərə, mənim qeyrətli cəbrayıllılarım, – deyə özümü ələ almağa çalışdım. Qəhər məni boğdu. Birtəhər sakitləşib dedim:
- Mən sizə minnətdaram. Sizlərdən ötrü ölməyə də dəyər. Ancaq sizdən bir xahişim var. Bir azdan bizi burdan çıxarıb stadiondakı vertalyota aparacaqlar. Hara aparacaqlar, o da bilinmir. Ona görə də heç kəs onların qabağını kəsməsin. Bu adamların məqsədi nəyi isə bəhanə edib qan tökməkdir. Hamınız bilirsiniz ki, bizim günahımız yoxdur. Əgər torpaq qorumaq cinayətdirsə, istənilən cəzanı versinlər. Haqqınızı halal edin.
Sozümü deyib qurtaran kimi əsgərlər mənim qollarımı burub içəri apardılar. Xaqani müəllimə, Rəşid müəllimə, Moskvalı müstəntiqə baxdım. Onları belə aciz görməmişdim. Safronov dedi:
- Mən belə olmasını istəmirdim. Rafiq Quliyevə (Allah rəhmət eləsin) söz vermişdim, amma məndən asılı deyil. Mümkünsə, məni bağışlayın, – deyib binadan çıxdı.
Rəşid müəllim üzümə baxmadan: – Mən əlimdən nə gəlirsə edəcəyəm, anandan da arxayın ol, – dedi.
(Bir məsələni də qeyd edim ki, mən Rəşid müəllimin oğlu Fuada bir müddət ev şəraitində dərs demişdim. İndi Binəqədı polisındə işləyir. Polis mayorudur. Atası kimi cəbrayıllılara böyük horməti var).
Anamdan halallıq aldırdan sonra məni, Xanışı və Mamedi binanın arxasındakı RAF-ın yanına gətirdilər. Sonra da Oktayı gətirib maşına mindirdilər. RAF Quycaqlı Arif Alekseyevə məxsus idi (Sonralar Quşçularda şəhid oldu. Allah rəhmət eləsin). Bir də gördük ki, Arifin qollarını burub zorla gətirirlər. Yelovskinin müavini olan mayor onu göstərərək dedi ki, sürücü budur, ancaq sürmək istəmir. Yelovski tapançanı Arifə tuşlayıb maşına oturmağı əmr etdi. Arif sinəsini açaraq: – Məni öldürməklə hədələyirsən, vur, amma öldürsəniz də o maşına oturmayacağam, alın, bu açar, bu da siz, özünüz sürün, – dedi.
Yelovski nə fikirləşdisə, Arifdən açarı alıb sükanın arxasına keçdi. Meydandakılar bizi alqışlarla yola salırdı.
RAF stadiona tərəf istiqamət götürdü. Stadionda 3 vertalyot var idi. Bizi düşürdülər. Oktay özündə deyildi. Qızdırmadan alışıb yanırdı. Onunla birlikdə Xanışı və Mamedi də vertalyota mindirdilər. Yelovskini kənara çəkib dedim:
- Üç nəfərin həbs olunduğu haqda Moskvaya məlumat vermisiniz. Bir nəfər artıqdır. Oktay ağır xəstədir. Gəl, kişilik elə, onu azad et.
Yelovski nə fikirləşdisə, uşaqlar əyləşdiyi vertalyota yaxınlaşıb içəri boylandı. Görünür, Oktayın durumunun necə olduğunu bilmək istəyirdi. Sonra əmr etdi ki, onu düşürüb RAF-a aparsınlar (Tam əminliklə deyə bilərəm ki, Oktay bizimlə getsəydi, sağ qayıtmayacaqdı. İndi özü də deyir ki, sən olmasaydın, mən ölmüşdüm). Birdən Oktay mənə tərəf dönərək: – Danışığınızı eşitdim, nahaq belə etdin, mən heç kəsdən artıq deyiləm, haqqınızı halal edin, – deyib RAF-a əyləşdi.
Yelovskiyə dedim:
- Bəlkə, ikinci bir kişilik edib, bizi hara aparacaqlarını deyəsən?
- Sizdən ötrü bunun nə əhəmiyyəti var? – Yelovski soruşdu. – Bir də ki, bizim işimiz bura qədərdir, mənə bir şey deməyiblər, ancaq o adamlarla yol boyu konfliktə girməyin, yoxsa nəticəsi pis olar, mən zabitəm və əmr yerinə yetirirəm, – deyib Oktayın mindiyi RAF-a əyləşərək, əsgərləri ilə birlikdə stadionu tərk etdi.
Vertalyot yerdən təzəcə qalxmışdı ki, Xanış sakitcə mənə: – Asağı bax, – dedi. Asağıya baxanda gördüm ki, "Jiquli” markalı bir avtomobil sürətlə stadiona girdi. Qapılar açıldı, anam yenicə havaya qalxan vertalyotun ardınca qaçırdı. Vertalyotun pərləri onun başındakı yaylığı kənara atdı, külək ağ saçlarını dağıtdı. Bir az qaçıb yıxıldı. Ayağa durmaq istədim. Mənimlə üzbəüz əyləşən əsgər avtomatı sinəmə dirəyib atəş açacağını bildirdi. Yenə aşağı baxdım. Anamla gələnlərin onu qaldırıb maşına apardıqlarını görəndə bir az sakitləşdim. Əllərim əsirdi. Əlimi tərpətdikcə qandallar daha da sıxılır, qollarımı kəsirdi. Öz-özümə deyirdim ki, əgər sağ-salamat qayıdıb gəlsəm, bu millətə düşmən kəsilənlərdən intiqam alacağam…
İki saatlıq uçuşdan sonra vertalyot yerə endi. Gözlərimə ilk sataşan isə, "welcome” sözü yazılmış lövhə oldu. Bu iki saat müddətində bir kəlmə belə kəsməyə imkan verməmişdilər. Uşaqların kefini açmaq istədim. Üzümü Mamedə tutub dedim:
- Ay Mamed, deyəsən bizi sovet ordusunun xaricdəki bazasına gətiriblər. Mən alman dilində bir az bilırəm, amma bu söz tanış deyil. Bax gör, bu söz nə deməkdir.
- Sənin də kefin durub, bu, ingiliscə "xos gəlmisiniz” deməkdir, bir də xaricə iki saata uçmaq olmaz, – deyə Mamed cavab verdi.
Bunu demişdi ki, bizə asağı düşməyi əmr etdilər. Əsgərlərdən, bizi hara gətirdiklərini soruşduq. Sanki lal-kar idilər. Yol boyu da belə idi. Aşağı düşdükdə qəribə bir mənzərə ilə rastlaşdıq. Əllərində təlim itləri olan 20 nəfər əsgər iki sıraya düzülüb bizi gözləyirdi. İtlərin ağzı bağlı idi. Bizi görən kimi ağızlarına vurduqları qayışdan olan qoruyucuları açdılar. Əllərimizlə sifətimizi tutduq ki, bu vəhşi itlər üz-gözümüzü parçalamasınlar. Arabir itlərin qayışlarını boşaldır, onlar da üstümüzə atılaraq əynimizdəki paltarları didib parçalayırdılar. Bizi bu qaydada həbsxana maşınlarının yanına gətirərək, başqa əsgərlərə təhvil verib getdilər (Bu, ikinci bir psixoloji təsir forması idi. Birinci dəfə Cəbrayıldan gətirilərkən bizi aparan vertalyot sağdan və soldan iki hücum vertalyotunun müşayiəti ilə uçurdu. Sanki dünyanın ən məşhur terrorçularını tutmuşdular. Bu it məsələsi də ikinci idi – V.Ə.). Birdən həbsxana maşınının yanında, əsgərlərin arasında bizi görən bir mülki şəxs maşına yaxınlaşdı. Əsgərlər ondan uzaqlaşmağı tələb etdilər. Həmin adam müqavimət göstərib kim olduğumuzu soruşurdu. Danışığından gürcü olduğu şübhəsiz idi. Azərbaycandan gətirildiyimizi bildirib, ondan buranın hansı şəhər olduğunu soruşduq. – Siz Tbilisidəsiniz, – dedi.
Bizi həbsxana maşınında bir təcridxanaya gətirdilər. Və həbsxana nəzarətçilərinə dedilər ki, guya çox təhlükəli adamıq, Bakı şəhərində qeyri-azərbaycanlılara hücum etmişik, tutularkən 7 avtomat müsadirə olunub. Gürcü nəzarətçilər isə bizim cinayətkardan daha cox, ziyalıya oxşadığımızı dedilər. Biz də onların yalan danışdıqlarını dedik, /strongüçümüzün də müəllim olduğumuzu bildirdik. Sonra bizi gətirənlər lüt soyunmağımızı əmr etdilər. Gürcülər etiraz etdikdə, ruslar harasa zəng vurub telefonu gürcü zabitə verdilər. Nə danışdılarsa, ruslara nifrətlə baxıb soyunmağımızı tələb etdilər. Bu zaman maraqlı hadisə baş verdi. Paltomu soyunarkən döş cibimdən bir qəzet çıxardılar. Serjant rütbəli gürcü, onu başqa bir gürcü zabitə göstərdi. Ruslar qəzeti onlardan almağa çalışırdılar. Az qala əlbəyaxa olacaqdılar. Bu, Bakı qırğınını əks etdirən 25 yanvar tarixli "Səhər” qəzeti idi. Qadağan olunan bir şey tapmadıqlarından, geyinməyimizi əmr etdilər. Rus və gürcü zabit birlikdə bizi 6 saylı kameraya gətirdilər. İçəriyə salanda gürcü bizə astaca, "bir az dözün” – dedi. İçəri keçdik. Tüstüdən göz-gözü görmürdü. Ayaq üstə durmuşduq. Hiss olunurdu ki, bura qatı cinayətkarların oturduğu kameradır. Cəmi on dəqiqə keçməmişdi ki, qapı açıldı. Gələn həmin gürcü zabit idi. Əlindəki "Səhər” qəzetini göstərib dedi:
- Sizdən üzr istəyirəm, Bakıda doğrudan da belə hadisələr olub? Axı başqa şeylər danışırdılar. Bizdə də 9 apreldə belə oldu… Əclaflar… Sizdən bir jurnalist də gətirmişdilər, dünən gəlib apardılar. Sizinkilərdən birini də bir az əvvəl gətiriblər, ancaq sizi onun yanına apara bilmərəm. Orda yer azdır. Sizi də ayırmaq istəmirəm.

 

 

Bakı qırğınları, ümumiyyətlə, Azərbaycanda baş verən son hadisələr haqqında gürcü zabitə ətraflı məlumat verdik. Həyatımızda ilk dəfə həbs edildiyimizi, hər üçümüzün müəllim olduğumuzu nəzərinə çatdırdıq. Ayrılarkən dedi:
- Mən bu gün növbəni təhvil verirəm. Sizin burda neçə gün qalmağınız da məlum deyil. Başsağlığımı da qəbul edin. Mən məlum 9 aprel hadisələrində əzizlərimi itirmiş adamam. Bakıda bu dərəcədə qırğın olduğunu bilmirdim. Mən bunu (qəzeti göstərir – V.Ə.) növbədən sonra hamıya göstərəcəyəm. Sizə köməkliyim başqa nə ola bilər ki? Burda sizdən başqa Camal Əhmədov adlı bir nəfər də saxlanılır. Sizin kimi millətini sevən adamdır. Dediyim kimi sizi onun yanına sala bilmərəm, amma 7 saylı kameraya salmağı tapşıracağam. Orada SSRİ kriminal aləminin məşhur simalarından olan Quram adlı "vor v zakone” yatır. Sizinkilərlə də yaxşı münasibəti var. Bütün İttifaq boyu gəzdiriləcəksiniz. Sizin "statya”nız (maddə) da yoxdur. Sizi heç kəs tapa bilməz. Çünki heç bir yerdə qeydiyyata alınmayacaqsınız. Sizi bura gətirənlər Sovet Ordusunun əks-kəşfiyyat idarəsinin zabitləridir. Elə bilirdiniz ki, onlar sıravi əsgərdirlər? Yox, ən azı kapitandırlar.
Gürcü zabit bizə: – bir daha bağıslayın, – dedi və gürcü serjantı (qəzeti mənim cibimdən çıxarıb ruslarla dava edən adam) çağırıb bizdən muğayat olmağını tapşırdı…
Bu da 7 saylı kamera. Serjant qapını açıb bizi Quramla tanış etdi:
- Quram dayı, Azərbaycandan Bəxtiyarın dostları gəlib.
(Allah Bəxtiyar, Hikmət, Mamed kimi bütün oğru dünyasında Azərbaycan adını şərəflə doğruldan qardaşların qapısını açsın, rəhmətə gedən qardaşlara rəhmət eləsin. Həbsxana həyatı yaşayan hər kəs bilir ki, oğru aləminin nə olduğunu bilir).
Bizi çox hörmətlə qarşıladılar. Nə lazımlırsa təşkil olundu. Bir anlığa hər şeyi unutduq. Quram bizi dinləyib dedi:
- Bir neçə saatdır burdasız. Sizdən də, Bakıda baş verənlərdən də xəbərimiz var. Sizi bura gətirmələrini də mən tapşırmışam. Sağ olsun uşaqlar. Yadda saxlayın ki, cinayət aləmində yaxşı oğlan söhbəti var. Burda milliyyət önəmli deyil. "Sayuzun” (İttifaqı nəzərdə tutur – V.Ə.) hər yerində yatmışam. Amma Bayıldan heç yerdə yoxdur. Mən öyrənmişəm, sizə bir dənə də "statya” (maddə – V.Ə.) verilməyib. Sizi bütün "sayuz” boyu gəzdirə bilərlər. Buna bizim anlamımızda Stolıpin deyərlər. Bir ay da ola bilər, bir il də. Özünüzü hər şeyə hazırlayın. Hara aparsalar, siyasi məhbus kimi qəbul olunmağınızı tələb edin. Mənim 65 yaşım var. Hər yerdə də oturmuşam. Sizə bir kağız verəcəyəm. Hara düşsəniz "smotrasiyaya” verərsiniz. Sizinkilərlə çox cörək kəsmişəm, Bəxtiyar kimi oğulu tanımışam.
(Sonralar rəhmətlik Bəxtiyarla ğorüşün birində bunu ona danışdım. Yerin cənnət olsun, ay Bəxtiyar).
Həmin kamerada qaldığımız müddətdə olmazın hörmət gördük. Dördüncü gün qapı açıldı. Hazırlaşmağımızı tapşırdılar. Qurama ünvan verdik. Dedik, imkan olsa, bunu Azərbaycana – yaxınlarımıza çatdırsın ki, bizi Tbilisidə görüblər və başqa yerə aparırlar. Sağ olsun, bu xəbəri çatdımışdılar. Quram dedi ki, siz çatmamış, xəbər hər yerə çatacaq. Verdiyi kağızı qorumağı tapşırıb, ovcuma xeyli pul da qoydu…
Qollarımızı yenidən qandalladılar. Bir az keçmişdi ki, hərbi formada 5 erməni gətirdilər. Biri yaralı idi. Əvvəlcə onları, ardınca bizi maşına mindirdilər. Bir azdan başqa birisini də gətirdilər. Sonuncusu maşına minəndə bizə dedi:
- Salam, mən Ağdamdanam, adım Camal, familiyam Əhmədovdur.
Mən də uşaqları göstərərək tanışlıq verdim:
- Salam, qardaş, biz də Cəbrayıldanıq. Bunun adı Xanıs, o birisininki Mamed, mənim adım isə Vaqifdir. Hər üçümüz müəllimik, özümüz də XC-nin üzvləriyik.
- Elə mən də XC-nin zibilinə düşmüşəm, – Camal dedi…

 

P.S.Dəyərli oxucular, bu yerdə söhbətin davamını Azərbaycanın qeyrətli oğullarından biri, mənim kamera yoldaşım Camal Əhmədova verirəm. Camal bəy bizim Rostov və Novoçerkassk həbsxanalarındakı həyatımızdan danışacaq.

 

LƏRİCamal

DOSYE:Camal Əhmədov 1952-ci ildə Ağdam rayonunun Qərvənd kəndində anadan olub. İxtisasca hərbi mühəndis və hüquqşünasdır. 1991-94-cü illərdə Azərbaycan silahlı qüvvələrində batalyon komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin rəisi vəzifəsində xidmət edib. Qarabağ müharibəsi veteranıdır. Hazırda Azərbaycan Respublikası "Qanun-Hüquq” firmasının prezidentidir.

Həmin gecəni Tbilisi mərkəzi həbsxanasında saxlanıldım, cəmi 6 kvadratmetr sahəsi olan bu kamerada 7 nəfər dustaq idik. Fevralın 8-də səhər saat 8-də məni kameradan çıxarıb xüsusi dəhlizin sonunda dayanmış dustaq maşınına apardılar. Maşın iki kameralı olmaqla, hər ikisində dustaqlar var idi. Sol tərəfdə 3 nəfər azərbaycanlı, sağda isə 4 nəfər erməni dustaqlar yerləşdirilmişdi. Məni sol tərəfə – azərbaycanlılar olan kameraya ötürdülər. Salam verdim, sorğuma cavab olaraq AXC Cəbrayıl rayon şöbəsinin fəalları olduqlarını, rayonda general Safonov ordusu tərəfindən həbs edildiklərini, fevralın 6-da isə (məndən bir gün əvvəl ) Tbilisi həbsxanasına gətirildiklərini bildirdilər. Məsələdən xəbərdar olduğumu bildirdim. Dedim ki, Ağdamdanam, Haqq Cəbhəsinin sədriyəm, amma, AXC Ağdam şöbəsinin sədri adı ilə Safonov ordusu tərəfindən fevralın 7-də də həbs edilərək, əvvəlcə Stepanakertə, oradan da hərbi vertalyotla buraya – Tbilisi həbsxanasına gətirilmişəm. Vaqif müəllim qiyabi olaraq məni tanıdığını, haqqımda eşitdiyini bildirdi. Xanış və Mamed müəllim də Ağdamda – Qərvənd kəndində təsis edilmiş Haqq Cəbhəsi barədə eşitdiklərini dedilər.
Mamed müəllim ürək xəstəliyindən əziyyət çəkirdi. Hər üçü onlardan sonra Cəbrayılda nələrin baş verdiyi, ordunun yerli əhaliyə divan tutub tutmaması və daha kimlərin həbs edilib edilməməsi, insan tələfatına yol verilib verilməməsi barədə məlumatsız olduqları üçün dərin narahatlıq hissi keçirirdi. Sonrakı talelərinin nə ilə nəticələnəciyi barədə xüsusən də xəstə Mamed müəllim depressiv vəziyyətə düşürdü. Hardansa ağlına gəlmişdi ki, onların cinayət işinin istintaqını guya hansısa Karapetyan familiyalı müstəntiq aparacaqdı. Onlara dedim:
- Uşaqlar, özümüzü ələ almalıyıq. Belə hesab edək ki, bizi aparıb ağac doğrayan elektirik mişarı ilə doğrayıb, odun kimi yandıracaqlar. Özümüzü buna hazırlamalıyıq. Bizlər xalqın önündə olmuşuq, xalq bizlərə inanıb, arxamızca gedib. Düşmən qabağında sınmamalı, xalqımızın adına xələl gətirə biləcək qorxaqlığa yol verməməliyik. Son nəfəsə qədər döyüşməli, qorxub çəkinməməliyik. Gözümü açandan karapetyanlara mən rəhbərlik etmişəm, onlar mənə göstəriş verməyib və verə də bilməyəcəklər. Lakin unutmayaq ki, bizə baxıb rəhbərlik etmiş olduğumuz xalqın hazırkı kimliyini öyrənəcəklər. Bu gün bizlərin qorxaqlığı bizdən sonrakılar üçün acı nəticələr verə bilər.
Mən bu sözlərlə ürək-dirək vermək istəyirdim. Beləliklə, dustaq maşını Tbilisi hava limanına – uçuş xəttinə daxil oldu. Bir neçə saat gözlədik, lakin bizi harasa aparmalı olan hərbi nəqliyyat təyyarəsi uçub gəlmədiyinə görə, yenidən Tbilisi mərkəzi həbsxanasına qaytardılar və dördümüzü də, səhv etmirəmsə, 9-cu kameraya saldılar. Gecəni bir parça qara çörək, bir fincan qaynanmış su və bir tikə qəndlə axşam yeməyinə "qonaq etdilər". Mamed müəllimin qaynar su payını bir az bol şəkərli edib ona içirtdik ki, ürəyi daha da toxtaqlıq tapsın. Onun ürək ağrılarını üz-gözündən də hiss etmək olurdu.
Səhər tezdən bizləri yenə də eyni qaydada həmin təyyarə limanına gətirdilər. Maşından düşərək milli mənsubiyyətlərimizə uyğun üz-üzə cərgədə düzüldük. "Konvoy” rəisi hərbçi zabit və onun tabeliyində olan digər hərbçilər qollarımızı bir birimizin qollarımıza qandallayaraq, erməniləri sol, bizləri isə sağ tərəfdə hərbi desant təyyarəsindəki skamyada əyləşdirdilər. 8 nəfər "konvoy” və 2 "ovçarka” it də həmin salona yerləşdirildi. Yermizdən tərpənəcəyimiz və uçuş zamanı milli zəmində dava salacağımız halda, dərhal odlu silah işlədəcəkləri barədə xəbərdarlıq etdilər. Təyyarə səmaya qalxdı. Hara və nə üçün getdiyimiz barədə məlumatsız idik. "Mamed müəllim, gərək kafir oğlu məni sənə yox, Vaqif müəllimə qandallayaydı, o sənin kimi qorxaq deyil, dəvənin tacirə sözü olmasın, bunu bu kafirə halal etməyəcəm”, – deyə zarafat etdim. Dördümüz də gülməyə başladıq.
Sən demə əslən Dağıstandan olan Azərbaycanlı "konvoy” zabiti də mən dediyimi başa düşüb. O da güldü və yalnız rus dilində danışmağa icazə olması barədə xəbərdarlıq etdi. Nəhayət, təyyarə iki saatdan artıq bir müddət uçduqdan sonra enməyə başladı. Aşağıda ucu-bucağı görünməyən qarla örtülü meşə və çöllər görünürdü. "Konvoy” rəisi Rostov təyyarə limanına düşdüyümüzü, bizi digər konvoy dəstəsinə təhvil verəcəklərini bildirdi. Elə də oldu. Bizi təhvil alan ikinci konvoy dəstəsi hamımızı dustaq maşınına mindirib Novoçerkassk qapalı həbsxanasına gətirdi.
Həbsxana nəzarətçiləri bizi təhvil alıb, sovetlər ittifaqının ən məhşur qapalı həbsxanası olmaqla, xüsusilə təhlükəli residivist cinayətkarların saxlandığı həmin həbsxanın "boks” adlanan dustaqların qəbulu hissəsinə müşaiyət etdilər. Üzərimizə baxış keçirilərkən cibimdə olan diplomatik toxunulmazlıq hüquqlu pasportum, iki min manat nəğd pul (o devrdə böyük məbləğ idi) və SSRİ xarici iqtisadiyyat bankının literi və literdəki məbləğ dərhal həbsxana əməliyyat şöbəsi zabitinin diqqətini cəlb etdi. "Siz kimsiniz, sizi kim və hansı ağılla həbs edib, axı sizin toxunulmazlıq hüquqnuz var”, – deyə təəccüblə üzümə baxdı. Bu zaman "boks”da qəbul yoxlamasında olan digər dustaqlar "ni …a sebe, da je diplomata sajayut, paren tı trebovay prokurora” – deyə mənə müraciət etdilər. Dərhal bu barədə məlumat alan həbsxana rəisinin müavini "boks”a gəldi. Əlində general Safonovun, mənim həbsim barədə imzalayıb möhürlədiyi protokol var idi.
Protokola görə guya mən AXC Ağdam şöbəsinin sədri olmaqla, Dağlıq Qarabağdan 40 kilometr uzaqda yerləşən, bu muxtar vilayət tərkibində olmayan Qərvənd kəndində pasport rejimini pozmuş və milisə müqavimət göstərdiyim üçün 30 sutka müddətinə həbs edilmişəm. Bütün bunların yalan olduğunu, protokolu ilk dəfə gördüyümü, onu mənim əvəzimdən kimsənin imzaladığını, həmin imzanın isə mənim imzama qətiyyən bənzəmədiyini bildirərək, nəzarət prokurorunu tələb etməyim barədə ərizə yazıb imzaladım. Prokurorun yalnız həftənin birinci günü gələcəyini və məsələyə hökmən müdaxilə edəcəyini bildirən rəis müavininin göstərişi ilə dördümüzə də yataq ləvazimatı və dustaq qab-qacağı verərək, hamımızı bir kameraya -102-ci kameraya apardılar.
İlk növbədə o dövrün qanunlarına uyğun olaraq, ayda bir dəfə həbsxana mağazasından hesabımızdakı puldan nəğd ödənilməsi qaydasına uyğun olaraq siqaret, şəkər, peçenyə və sair digər ehtiyatlar tədarük etdim. Bir neçə sutkanın aclığı, yuxusuzluq və yorğunluğa baxmayaraq, yaxşıca yuyunub 6 nəfərlik kameranı sahmana saldıq, axşam yeməyini yeyib yatana qədər Vaqif müəllimlə birlikdə, istintaq zamanı Mamed və Xanış müəllimin verəcəkləri ifadə və sair barədə söhbətlər etdik. AXC Ağdam şöbəsinin faktiki fəaliyyəti, mənimlə mənfi münasibətləri, mənim AXC rayon şöbəsinin sədri adı ilə həbs edilməyim Vaqif müəllimə olduqca pis təsir edir və onu təəssüfləndirirdi. Ölkədə baş verənlər, Dağlıq Qarabağ məsələsinin yaranma səbəbləri, Heydər Əliyevin labüd həbslə üz-üzə qalması, bu həbsdən xilas olmaq naminə Qarabağ konfliktinin, onun DTK (KQB) həmkar və tərəfdaşları tərəfindən düşünülməsi, həmin dövlət qurumunda təmsil olunan bir sıra adamların AXC-də yerləşdirilməsi, onların H.Əliyevə yaxın şəxslər tərəfindən idarə edilmələri və s. barədə arqumentlərim, bir-birini tamamlamaqla baş verən hadisələriın təhlili onu düşündürür, olduqca narahat edirdi. O, həqiqətən də dönməz, vicdanlı, təmənnasız bir insan olmaqla, xalq, millət qarşısında məsuliyyətini dərk edir və Qarabağın heç bir halda ermənilərə veriləcəyinə inanmırdı.
Tbilisidə olarkən ilk gecə saxlandığım kameradakı gürcülərdən, Vidadi adlı azərbaycanlı jurnalistin də bir axşam həmin kamerada saxlandığını, mənim oraya gətirildiyim günün səhərisi saat 8 radələrində isə çıxarılaraq naməlum istiqamətə aparıldığını eşitmişdim. İndi onun da buraya gətirildiyini təxmin edirdim. Bunu Vaqif müəllimə də bildirdim. Və bu adamın çox güman ki, jurnalist Vidadi Bağırov ola biləcəyini dedim. Təxminlərimin özünü doğruldacağı təqdirdə onun da bizimlə bir kamerada saxlanmasının yolları barədə düşünməyə başladıq. Beləliklə, mənim təxminim və düşündüyümüz yollar baş tutdu. Səhəri gün telejurnalistimiz mərhum Vidadi Bağırov artıq bizimlə eyni kamerada idi. Beşimizi də kameradan çıxarıb hamama apardılar. Yuyunub geriyə qayıtdıq. Artıq hamımız bir-birimizi demək olar ki, kifayət qədər tanıyır, bütün sutkanı yalnız 20 yanvar və Qarabağ hadisələri barədə diskussiyalar aparırdıq. Vidadi isə mənim özüm və rəhbərlik etdiyim ictimai qurum barədə bir telejurnalist olaraq daha çox məlumatlı idi.
Üçüncü sutka idi ki, eyni həbsxanada saxlanılırdıq. Qəflətən kameranın qapısı açıldı. Vidadi ilə məni 102-ci kameradan 39-cu kameraya köçürdülər. Həmin kamera 4 nəfərlik idi. Vaqif müəllimgil isə 102-ci kamerada qaldılar. Mart ayının 8-ə qədər onlardan heç bir xəbər tuta bilmədik. Martın 8-də mən həbsdən azad edilib Ağdama gəldim, ayın 19-da isə təkrar həbs olundum. Amma minlərlə insan gecəykən milis idarəsinə hücum edib azadlığımı tələb etdərək buna nail oldu. Səhv etmirəmsə martın 23-də Vaqif, Xanış və rəhmətlik Mamed müəllim Cəbrayıldan Ağdamın Baş Qərvənd kəndinə gələrək evimizdə qonaq oldular. Haqq Cəbhəsinin yığıncağında insanlarla görüşərək, əsl həqiqətlər barədə bir daha məlumatlandırıldılar. Ərazini gəzib yerli təsərrüfatda çalışan insanlarımızın əmək şəraitləri ilə tanış olaraq, onlar arasında vətənpərvərlik, siyasi və ictimai azadlıqlar mözusunda səmimi söhbət etdilər…

(ardı var)

HAZIRLADI: Nəriman MAHMUD

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR