Qərargahdan hava ilə bağlı son məlumat: "Dənizdə dalğanın hündürlüyü 7.5 metrə çatıb"

img

17-01-2019 [15:50]


Bu gün saat 15:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargaha istinadən bildirir ki, dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir:

"Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti, Aran rayonlarda 4-6 dərəcə isti təşkil edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR