"Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir..." - Qərargahdan hava ilə bağlı məlumat

img

17-01-2019 [12:48]


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın hava ilə bağlı operativ məlumatı yayıb.

Mia.az ETSN-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir: "Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub