Tereza Mey hökuməti etimadsızlıq rəyi səsverməsindən qalib çıxıb

img

16-01-2019 [23:59]


Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib.

"Report” TASS-a istinadən xəbər verir ki, çərşənbə günü İcmalar Palatasında (Aşağı palata) baş tutan səsvermə zamanı 325 deputat Nazirlər Kabinetini dəstəklədiyini bildirib, eyni zamanda 306 deputat bunun əksini ifadə edib.

Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış "Brexit" sazişini dəstəkləməyib.

Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR