Fikrət Məmmədov Ali Məhkəmənin hakimlərini topladı, tapşırıqlar verdi - Müşavirə

img

16-01-2019 [22:07]


Bu gün Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilib. 

Mia.az Şuraya istinadən xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan ardıcıl və məqsədyönlü islahatlar bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın yüksəldilməsinə yönəlib.

Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin effektivliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır: "Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun".

Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.

Müşavirədə insanların haqlı narazılığını doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, neqativ halların yolverilməzliyi qeyd edilib.

Həmçinin mövcud problemlərin həlli yolları təhlil olunub, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR