Qarabağın Azərbaycanlı icmasının rəhbəri ABŞ diplomatı ilə bir arada - Nələr müzakirə edilib?

img

16-01-2019 [17:12]


Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bu gün ABŞ-ın Azərbaycandakı səfir əvəzi, müvəqqəti işlər vəkili Vilyam Qil ilə görüşüb.

Mia.az  xəbər verir ki, bu barədə Tural Gəncəliyevin özü məlumat verib.

Onun sözlərinə görə, səfir əvəzi ilə maraqlı fikir mübadiləsi aparılıb: "Maraqlı fikir mübadiləsi oldu. Azərbaycanın beynəlxlaq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim".

İcma sədri bildirib ki, ABŞ diplomatı görüşdə Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR