Yaqub Zurufçu ABŞ və Kanada şəhərlərinə konsert turnesindən qayıdıb

16-01-2019 [13:46]
Həmvətənlərimizin istəyi və dəvəti ilə hər il ABŞ-da və Kanadada öz bənzərsiz səsi, mahnıları ilə çıxış edən görkəmli müğənnimiz Yaqub Zurufçu budəfəki səfərində azərbaycanlıların daha çox məskunlaşdığı Toronto (Kanada) şəhəri ilə yanaşı ilk dəfə olaraq Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində də geniş konsert proqramı ilə tamaşaçılara böyük sevinc bəxş edib.

Hər ifası alqışlarla qarşılanan müğənni populyarlıq qazanmış "Azərbaycan", "Təbrizim", "Ayrılıq", "Ana", "Dəniz", "Sarı gəlin" və digər mahnıları ilə yanaşı repertuarına yeni daxil etdiyi mahnılarla da tamaşaçıların rəğbətini qazanmışdır.

Yüzlərlə həmvətənimiz, həmçinin amerikalı və kanadalı musiqisevərlər qarşısında konsertləri uğurla başa çatan sənətkar növbəti "mahnı səfəri" ilə dünya azərbaycanlılarının həmrəylik hərəkatına az da olsa bir töhfə verə bildiyindən məmnunluğunu bildirərək, qeyd etmişdir ki, öz mahnıları ilə Vətən həsrətli həmvətənlərimizin Azərbaycan sevgisini, bir-birinə olan doğmalıq, mehribanlıq hissini müəyyən dərəcədə gücləndirə bildiyinə görə özünü xoşbəxt sanır.



SON XƏBƏRLƏR