Hadi Rəcəbli slavyan xanımla "medlinni" oynadı - "Dünya dağılmayıb ki?" + Video

img

16-01-2019 [13:24]


Mətbuatda tez-tez verdiyi qeyri-adi açıqlamaları ilə gündəmə gələn Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli bu dəfə fərqli mövzuda müzakirə obyektinə çevrilib.

Belə ki, onun xarici ölkələrdən birində slavyan xanımla rəqsinin videosu ortaya çıxıb. Məclisdə Rəcəblinin keçmiş deputat həmkarı Asəf Hacıyev də iştirak edib.

Görüntülərdəki xanımın geyimindən onun restoran xidmətçilərindən biri olduğu hiss olunur. Həmin qadın deputatımızla səmimi şəkildə rəqs edir.

*** 
Sözügedən görüntülərlə bağlı Hadi Rəcəbli Unikal.org-a açıqlama verib. Millət vəkili qeyd edib ki, bu görüntülər Rusiyada ailə məclisi zamanı çəkilib və qərəzli şəkildə yayımlanıb:

"Bu görüntülər bayram şənliyində çəkilib. Ailə tədbirində belə bir rəqsin edilməsi normaldır. Sözügedən görüntülərdə yanlışhər hansı addım atmamışam. Rəqs etməkdə qəbahət heç nə yoxdur. Hərkəs şənlikdə rəqs edə bilər. Mən fiziki əngəlli xanımla da rəqs etmişəm, dünya dağılmayıb ki? Bu görüntülər Rusiyada çəkilib. Mən ölkə xaricindəyəm gələndə bu görüntülərin nə məqsədlə yayıldığını araşdıracam".

Mia.az Demokrat.az-a istinadən həmin videonu təqdim edir:




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR