Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib

img

16-01-2019 [09:46]


BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı Azərbaycan Dövlət Pedaqoji Unversitetinin İctimai Şurasına üzv seçilib. 

Bununla bağlı Mia.az saytına açıqlama verən N.Orduxanlı bildirib ki, qanunvericiliyə uyğun olaraq dövlət müəssələrində, icra hakmiyyətlərinin yanında və unversitetlər də İctimai Şuraların yaranması prosesi həyata keçirilir: "Dövlət müəssələrində, icra hakmiyyətlərin yanında və unversitetlər də İctimai Şuraların yaradılması umumi işin xeyrinədir.

  Bu prosesə müxtəlif vətəndaş cəmiyyətinin nümayəndələrinin seçilməsini müsbət qarşılayıram. 20 ildən artıqdır ki, həm siyasi fəaliyyətlə, həm də Vətəndaş Cəmiyyətin də təmsil olunuram. QHT sədriyəm. Görünür bu amil əsas rol oynyıb ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Unversitetinin İctimai Şurasına üzv seçilim. Unversitetin ictimai şurasına seçilənlər arasında ölkənin kifayət qədər tanınmış QHT sədrləri, mətbuat rəhbərləri də var.  Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqi keçirildi. Monitorinqdə universitetdə yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev, üzvləri: Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, təhsil ekspertləri Kamran Əsədov, "Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Moderator.az” internet saytının baş redaktoru Zülfüqar Hüseynzadə, "Məktəbgüşəsi.az” internet saytının baş redaktoru Məzahir Məmmədli, "Region plus” jurnalının baş redaktoru Namiq Mayılov, "Konstitusiya” Araşdırmalar Fondunun nümayəndəsi Şahin Nəsrullayev, universitetin Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsini icra edən, professor Buludxan Xəlilov və media nümayəndələri iştirak etdilər. 
İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apelyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə ediblər. Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov monitorinq iştirakçılarına imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, yanvarın 4-dən yanvarın 11-dək 84 fəndən keçirilən imtahanlarda təxminən 15895 nəfər tələbə iştirak edib. Bu müddətdə 81 nəfər tələbə İmtahan Qərargahına müraciət edib. Bu müraciətlərin 76-ı yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 76 müraciətin 73-ü tələbələrin xeyrinə həll edilib, 3 nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 5 müraciət tələbələrin xeyrinə həll edilib. 18 nəfər tələbə imtahan qaydalarını pozduqlarına görə protoklaşdırılıb, onların imtahan nəticələri ləğv edilib və bu barədə müvafiq fakültə dekanlarına məlumat verilib. 
Apelyasiya Komissiyasına isə yazılı qaydada verilən imtahanlarla bağlı 422 müraciət daxil olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 422 müraciətdən 216-ı araşdırılıb. 63 müraciət tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 6 müraciətdən 4-ü araşdırılıb. 2 müraciət tələbələrin xeyrinə həll edilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat verirlər.
Monitorinq iştirakçıları ilə söhbət zamanı tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. "

Niyaməddin Orduxanlının sözlərinə görə, sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam edib : " ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın üzvləri ilə bir necə saat müzakirə apardı. Çox gözəl bir nümunədir. Hörmətli Cəfər müəllim hər bir şura üzvünün təkliflərini, fikirlərini dinləyirdi . Unversitetdə çox səmimi bir mühüt yaranıb. Rektor bizimlə görüşdən onu da qeyd etdi ki, Azərbaycan dünyanın ümumi inkişaf prosesinə qoşulub. Təhsil ümummilli, ümumxalq məsələsidir. Təhsil sahəsində dəyərlər, bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi bizim qarşımızda mühüm vəzifələr qoyub. Bizim əsas vəzifəmiz yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun yenilənməsi, insan resurslarının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilməlidi. Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri cəmiyyətin düşüncəsinə və ictimai rəyə təsir edə bilən şəxslərdir. Müasir dünyada ictimai rəy xüsusi önəm kəsb edən amildir. Biz sizinlə təhsil sahəsi ilə bağlı səmərəli müzakirələr aparmaq və daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindəyik. Sonda öz çıxışımda onu qabartdım ki, unversitetin cəmiyyət qarşısında məsuliyyəti daha çoxdur. Çünki gələcəyin ziyalısını, alimini, generalını, vətəndaşını məhz Pedaqoji unversitetin kadrları yetişdirir. Və bu gün unversitetin Filologiya fakultəsinin dekanı Mahirə müəllimə Nağıqızı vaxtilə orta məktəb də mənim müəlliməm,  Unversitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov isə Prezidentin Yanında Dövlət İdarəçilik Akademiyasında müəllimim olub...”

Digər xəbərlər
SON XƏBƏRLƏR