Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq

img

15-01-2019 [20:47]


Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Mia.az "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylayıcı Stansiyadan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yararsız hissəsinin yeni çəkilmiş diametri 400 millimetrlik polietilen qaz kəməri ilə əvəz olunması ilə əlaqədar yanvarın 16-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq:

"Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR