“Formula 1” üzrə Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlanıb

img

15-01-2019 [17:57]


"Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Təşkilatçı qurumdan verilən məlumata görə, ötən illə müqayisədə Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi - şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 - 18:00 aralığında isə sıralama turu keçiriləcək.

Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, "Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park” trasında başlayacaq. Mövsümə dekbarın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR