İranla "Taliban" arasında danışıqlar olub

img

15-01-2019 [17:35]


"İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün "Taliban”la danışıqlar aparıb”.

"Report” İLNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Heşmətulla Falaxatpişə deyib.

Onun sözlərinə görə, "Taliban"la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: "İran tarixi səbəblər baxımından "Taliban"la fikir ayrılığına malikdir”.

Komitə sədri "Taliban"ın Əfqanıstanda hakimiyyətdə təmsil olunduqlarının bir həqiqət olduğunu təsdiqləyib: "İran Əfqanıstanı "Taliban"dan daha təhlükəli sayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR