Azərbaycan XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşüb - Qarabağ müzakirəsi

img

15-01-2019 [17:19]


 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

Azərbaycan XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR