Prezident Arif Alışanovu vəzifədən çıxardı - Sərəncam

img

15-01-2019 [16:32]


Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

**** 

"Azərbaycan Televiziya və Radio Verilişləri " Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə BakuPost-a AzTV-dəki mənbə məlumat verib. Bildirilib ki, bu dəqiqələrdə TV-də iclas keçirilir. Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.

R. Raqifoğlu bundan əvvəl Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Lider TV-də İdman redaksiyasının rəhbəri olub.

Картинки по запросу rövşən raqifoğlu

Digər xəbərlər
SON XƏBƏRLƏR