Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

img

15-01-2019 [14:48]


Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə əlaqədar baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.

Mia.az Nazirlər Kabinetinə istinadən bildirir ki, N. Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib, müşavirə zamanı Prezident İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib.

Baş nazir qeyd edib ki, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir: "İlin mühüm hadisələri olan "Azerspace-2" peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan "STAR” Neft Emalı Zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir".

N. Məmmədov deyib ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Azərbaycan Respublikasının Baş naziri aqrar sahəsinin inkişafına nəzər salaraq, ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb edilmiş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, baş nazir Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR