Samir Adıgözəlli Mərkəz rəhbəri oldu: "...ortaya qoyacağımız işlərlə tanış olacaqsınız”

img

15-01-2019 [13:05]


Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli bundan sonra yeni yaradılan quruma rəhbərlik edəcək. 

Mia.az Azinforum.az-a istinadən bildirir ki, Samir Adıgözəllinin rəhbəri seçildiyi qurumun adı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). 

Yeni Mərkəz rəsmi dövlət qeydiyyatından da keçib.

S. Adıgözəlli sayta bildirib ki, sədr seçildiyi Mərkəzin əsas fəaliyyət sferası siyasi araşdırmalar və beynəlxalq əlaqələrlə bağlı olacaq:

”Çalışacığıq ki, qurumun adına uyğun sahələni əhatə edən fəaliyyətlə məşğul olaq və beynəlxalq münasibətlər sistemində ölkəmizi layiqincə təmsil edək. Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin siyasi kursuna uyğun şəkildə fəaliyyət göstərəcəyik. Ciddi layihələrimiz var, onların ətrafında müzakirələrimizi davam etdiririk. Yaxın zamanlarda ortaya qoyacağımız işlərlə tanış olacaqsınız”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR