"Gömrük, ETSN və Diaspor Komitəsi ləğv edilməli, onların səlahiyyətləri..." - Ekspert

img

15-01-2019 [12:13]


"Müdafiə Sənayesi nazirliyinin və bir sıra qurumların ləğvi müsbət addımdır. Ancaq bu proses davamlı olmalıdır".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qadir İbrahimli deyib.

Onun sözlərinə görə, konkret olaraq hazırda 3 dövlət qurumunun ləğvi və funksiyalarınn başqa qurumlara verilməsi zəruridir:

"1. Dövlət Gömrük Komitəsi ləğv edilsin, funksiyaları Vergilər Nazirliyinə verilsin;

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ləğv edilsin, funksiyaları Kənd Təsərrüfatı Nazirliyinə verilsin;

3. Diasporla İş üzrə Dövlət Komitəsi ləğv edilsin, funksiyaları Xarici İşlər Nazirliyinə verilsin.

Bu qurumların ləğvindən həm büdcə, həm də cəmiyyət faydalanacaq. Necə ki, Nəqliyyat Nazirliyinin ləğvi cəmiyyətdə pozitiv qarşılandı. İş yerini itirən insanlara gəldikdə isə, iqtisadi mühiti libeallaşdırmaqla bu problemi rahatca həll etmək olar. Bu, artıq başqa söhbətin mövzusudur!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR