"Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa,..." - Sabiq nazirin biznesi ilə bağlı suala CAVAB

img

15-01-2019 [11:31]


Xəbər verdiyimiz kimi, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əmlakları və biznesi ilə bağlı sualını da cavablandırıb.

O bildirib ki, mediada gedən hər bir məlumatı izlənilir və araşdırma aparılır:

"Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa, təhlil olunur. Əgər həmin biznes qanunsuz olarsa, zəruri tədbir görülür".
qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR