14-01-2019 [23:43]
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun mal-mülkünə dair yeni faktlar ortaya çıxıb.
Mia.az xəbər verir ki, sabiq nazirin qohumu olan keçmiş həkim Abbas Zeynalov "Virtualaz.org”a Bağırovla bağlı sensasion faktlar açıqlayıb.
A.Zeynalov deyib ki, o, Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır.
"Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı”- Zeynalov deyir.
A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə "hamı kimi” o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayıb.
A.Zeynalovun danışdıqlarından: "Bakı Dövlət Sirkindən bir az aşağıda, "Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən "Qorotdel”in (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdı. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəccübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım "Central Park” adlı otelin tikintisinə. Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki, Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək”.
Keçmiş nazirin qohumu deyib ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də, çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib. Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət, otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.
"Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi. Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə, bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan...”-Zeynalov deyib.
"Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər”- Zeynalov bildirib.
Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də, xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.
"Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı. Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir”- Zeynalov deyib.
O bildirib ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur. Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi "adi, biznesdən-filandan başı çıxmayan” qadındır. Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)