ƏƏSMN-dən pensiyaların gecikməsi ilə bağlı açıqlama: "Texniki proses yekunlaşmaq üzrədir"

img

14-01-2019 [20:32]


"Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir. Eyni zamanda, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır".

Mia.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov pensiya və müavinətlərin gecikdirilməsi ilə bağlı xəbərə şərhində deyib.

Onun sözlərinə görə, texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq: "Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub